Bir dəfə Ernest Heminquey demişdi ki, hər kəsin qəlbinə toxunan ən qısa hekayəni yaza bilər. Müsabiqədə qalib gəldi. Onun hekayəsi isə belə idi: “Uşaq ayaqqabıları satılır. Geyinilməmiş”. Həmin dövrdən bəri ən qısa hekayə janrı böyük vüsət alıb. Hər bir yazıçı bir neçə sözlə qəlblərə hakim olmağa çalışır.

Yadlar. Dostlar. Ən yaxşı dostlar. Sevgililər. Yadlar.

“Səhv düşmüsünüz”, – tanış bir səs telefonda dedi.

Hörmətli sərnişinlər, indi sizinlə kapitan danışacaq.

Paraşüt satıram. Heç vaxt açılmayıb, ancaq bir az ləkəsi var.

Bu bizim qızıl toyumuzdur. Bir nəfərlik masada.

Bu gün anam məni yenidən tanıdı.

Bir dəstə çiçəklə evə gəldim, ancaq açar qapıya düşmədi.

Təraş olmağı mənə anam öyrətdi.

Maşının qırılmış arxa şüşəsində yazılmışdı: “Yeni evlilər”.

Yataq otağımız. İki səs. Və mən qapını çöldən döyürəm.

Güzgüdəki əksim mənə göz vurdu.

Bağışla, əsgər, ayaqqabı cüt satılır.

Həyat yoldaşının qatilini kiçik butulka ilə yedirir. Sürücü papiros çəkməyə başladı və benzin çoxmu qalıb deyə, benzin bakının altına baxmaq üçün əyildi. Ölənin (mərhumun) iyirmi üç yaşı var idi.

Təxəyyülündə özünü böyük sandı. Böyüdü. Təxəyyülünü itirdi.

Əvvəllər mənim hamar dərim və qırışmış ətəyim (yubkam) var idi, indi isə — tərsinədir.

Yer kürrəsinin ən sonuncu insanı otaqda oturmuşdu. Qapını döydülər.

Bəlkə siz də qısa bir hekayə yazasınız? 🙂