Hər hansı bir xarici dili öyrənərkən çoxları sözlərin yadda qalmamağından şikayətlənir. Yeni leksikanın mənimsənilməsi xüsusilə də məişət qayğıları olan yetkin insanlar üçün mürəkkəb bir prosesə çevrilir.

    Linqvistlər əminliklə söyləyirlər ki, küçədə, taksidə və s. kimi yerlərdə sadə dialoq qurmaq üçün baza təşkil edən 120 söz bilmək kifayət edir. Başlanğıc səviyyə üçün 120 sözü öyrənmək real məqsəddir. Xarici dili öyrənərkən söz ehtiyatını artırmağa kömək edən üsullar:

    1. Qarşına real məqsədlər qoy.  Hər gün 20 söz öyrənməyə başlasan, tədricən bu rəqəmi yüksəldərək özündə vərdiş yarada bilərsən.

    2. Sözləri qruplaşdıraraq öyrən. Təqvimlər, kiçik əl lüğətləri ilk baxışdan asanlıqla yeni sözlərin öyrənilməsinə kömək edir, lakin, mahiyyət və məna etibarı ilə bağlı olmayan sözləri yadda saxlamaq daha çətindir. İşinizi asanlaşdırmaq üçün hər həftə bir mövzuya vaxt ayırın. Misal üçün: bədən üzvlərini qruplaşdırıb eyni vaxtda öyrənmək, ərzaqların adlarını isə qruplaşdırıb başqa bir vaxt öyrənmək. Bir-biri ilə əlaqəli olan sözlər avtomatik yadda qalır və siz daha az vaxt və qüvvə itirmiş olursunuz.

    3. Antonimlərdən uzaq dur. Antonimləri (isti/soyuq, şirin/acı və s.) birlikdə öyrənmək kənardan məntiqli görünsə də, bu belə deyil. İki antonim sözü eyni vaxtda öyrənsən, qarşılıqlı assosiyasiyalar sənə mane olacaq və sən mənaları qarışdırmağa başlayacaqsan. Misal üçün, ispan dilini öyrənərkən “hər zaman“ (siempre) və “heç vaxt“ (nunca) antonimlərini eyni vaxtda əzbərləyərək onları həmişə bir-biri ilə  əvəz etməyə və qarışdırmağa başlayacaqsan.

    4. Yeni sözü təhlil et. Yeni sözlərlə qarşılaşanda onun tərkibinə diqqətini ayır. Sözlərin çoxu ön və sözdüzəldici şəkilçilərdən ibarət olur. Sözləri əmələ gətirən kiçik hissəcikləri tanımaq nitqiniz üçün müsbət xüsusiyyətdir.

    5. Oxumaq, oxumaq və yenə də oxumaq!!! Mütaliə əzbərlənmiş sözlər iyadda saxlamağa, sözləri yeni cümlələrdə fərqli kontekstdə görməyə imkan verir. Bunu üçün xüsusi sadələşdirilmiş ədəbiyyat uyğun gəlir, hansı ki, xüsusilə xarici dil öyrənən insanlar üçün tərtib edilib.

    6. Vizuallaşdır. Yadda saxlamaq istədiyin sözü təfəkküründə şəkil, rəsm, peyzaj və s. şəkildə təsvir et. Bu, yeni sözlərin öyrənilməsinin ən effektli üsullarından biridir.

    7. Fikrini ifadələrdə cəmləşdir. Linqvist Mixail Luis xarici dili ayrı-ayrı sözlərlə yox, söz birləşmələri ilə öyrənməyi tövsiyyə edir. Gündəlik danışıq dili əsasən söz birləşmələrindən ibarət olur. Söz birləşmələrini öyrənəndən sonra dialoqu saxlamaq üçün daima hazır cavablarınız olacaq və siz cümləni düz qurub fikrinizi çatdırmaq üçün havayı vaxt və həyacan sərf etməyəcəksiniz.

    8. Təkrar et. Yeni leksikanın mənimsənilməsi zamanı dünən oyrəndiyin sözlər bu gün oyrənilən sözlərdən daha vacibdir. Sənin məqsədin yeni sözləri qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa keçirtməkdir. Buna gorə də keçirilmiş materialları tez-tez təkrar etmək lazımdır. Sizin istifadə etdiyiniz keyfiyyətli dil dərslikləri və onlayn-proqramlar elə tərtib olunmalıdır ki, siz daima sözləri istifadə edib onları təkrarlamış olasınız.