1. 1970-ci ildə amerikalılar bu zərərli qidalara ildə 6 mrld. dollar pul xərcləyirdilər. 2001-ci ildə rəqəm böyüyərək 110 mlrd. Dollara çatmışdır. Ümumilikdə götürəndə bu təhsilə, əyləncəyə, texnikaya və avtomobillərə xərclənən vəsaitdən böyükdür.

    2. Hər bir orta amerikalı həftəyə 3 hamburger və 4 porsiya kartof qəbul edir.

    3. Makdonalds ABŞ-da hamıdan çox mal əti, donuz əti və kartof istifadə edən qida istehsalı ilə məşğul olan şirkətdir. Toyuq ətinin istifadəsində isə “Kentukki frayd çikken”-dən sonra 2-ci yeri tutur.

    4. Hər bir 8-ci amerikalı nə vaxtsa Makdonladsda işləyib.

    5. Xüsusilə Makdonalds üçün “Mister MD” adlı iri döş ətinə malik toyuqlar yetişdirilməyə başlamışdır. Bu üsul toyuq əti istehsalı ilə məşğul olan sahələrə böyük dəyişiklik gətirdi. Beləki, bundan sonra toyuqlar bütöv olaraq yox, hissə-hissə satılmağa başlamışdır.

    6. Tez hazırlanan qida istehsalı sənayesinin işçilərinin 2/3-nin yaş həddi 20-ni ötmür. Onlar olduqca sadə əmək əməliyyatlarını həyata keçirərək çox az miqdarda əmək haqqı alırlar. 1958-ci ildə Makdonanldsda 75 səhifədən ibarət ilk təlimat kitabçası hazırlandı. Həmin kitabçada qida məhsullarının hazırlanması və istehlakçılarla davranış qaydaları əıks olunmuşdur. Bu gün həmin kitab 750 səhifədən ibarət olaraq “Makdonaldsın incili” adlandırılır.

    7. Fastfud istehsalı sənayesinə kadr axıcılığı 400%-ə qədərdir. Burada hər bir tipik işçi 4 aylıq iş fəaliyyətindən sonra işi tərk edir. İşçilər arasında az təminatlı və immiqrant ailələrdən olan yeniyetmələr çoxluq təşkil edir.

    8. Makdonaldsdakı kartofun dadı hər kəsin xoşuna gəlir. Əvvəllər bu dad kartofun hansı yağda hazırlanmasından asılı idi. Beləki ilk vaxtlar kartofun hazırlanmasında 7%-li pambıq və 93%-li kərə yağının qarışığından istifadə olunurdu. 1990-cı illərdə insanlar yüksək xolesterol tərkibli qidalardan imtina edərək kərə yağında hazırlanmış qidaları rasionundan ya tamamilə çıxartdılar, ya da ki əsaslı sürətdə onun istifadəsini azaltdılar. Bununla da Makdonaldsda qidalar bitki yağında hazırlanmağa başlanıldı. Kartofun dadını saxlamaq üçün isə Makdonaldsda kartoflara böyük miqdarda süni aromatizator və dad gücləndiricilər vururlar.

    9. Makdonaldsdakı kartof və hamburgerlərin reseptlərini kulinar ədəbiyyatda deyil, “Qida sənayesi texnoligiyası”, “Qida mühəndisliyi” kimi elmi ədəbiyyatlarda axtarmaq lazımdır, çünki həmin qidaların dadı, iyi, tərkibi Nyu-Cersidə zavodlarda kimyəvi qarışıqlar vasitəsi ilə alınır.

    10. ”İnternationla flavours and fragnance” şirkəti dünyanın ən məşhur 10 ətrindən 6-sınn qoxusunu istehsal edib. Maraqlısı budur ki, bu şirkət Makdonalds qidaları üçün süni aromatizatorlar hazırlayır. Şampunlar, ətriyyat və kosmetika məhsulları və yuyucu vasitələr üçün hazırlanan aromatizatorlarla qidalara vurulan süni aromatizator və dad gücləndiricilər eyni prosesin, texnikanın nəticəsidir.

    11. Fermalarda yetişdirilən inəklər bir qayda olaraq, otla qidalanılırlar. Fastfud qidalarının hazırlanması üçün təyin olunmuş inəklər isə istehsalal verilməmişdən 3 ay qabaq xüsusi sahələrə salınır və orada dənli bitkilər və böyük dozalarda anaboliklərlə qidalandırılır.

    12. Piylənmə – ABŞ-da siqaretdən sonra ölümə səbəb olan ikinci bəladır. Hər il dünyada piylənmədən 28.000  insan dünyasını dəyişir. ABŞ-da hər 6-cı yeniyetmə piylənmədən əziyyət çəkir. Avropada fastfud istehlakçıları arasında İngiltərə birincilik təşkil edir. Buna görə də İngiltərədə piylənmə xəstəliyi son illərdə iki dəfə artıb.