Okean möcüzədirsə, su möcüzələr möcüzəsidir. Sadəcə, gündəlik həyatımızda biz suya o qədər öyrəşmişik ki, bu möcüzə bizim üçün adiləşib. Kranı açırıq, su gəlir, hər gün istədiyimiz vaxt yuyunuruq, duş qəbul edirik. Məktəbə gedirik, su var, küçəyə çıxırıq, fəavvarələrin şırıltısı qulaqlarımızı oxşayır və biz buna adət edirik. Elə bilin belə də olmalıdır.

    H2O formulu bütün dünyada az qala hamının bildiyi kimyəvi formuldur. Bu formula görə suyun molekulu bir oksigen və iki hidrogen atomundan ibarətdir.

    Kainatda ən çox yayılmış atom hidrogen atomudur. Bütün ulduzların atmosferində hidrogen var. Bizim günəşin atmosferində hidrogen var. Bizim Günəşin atmosferinin də 84%-ni hidrogen təşkil edir. Hidrogen dünyada ən çox yayılmış element olduğu kimi həm də ən sadə elementdir. Müsbət yüklü bu protonun cazibəsində də  mənfi yüklü cəmi bir elektron fırlanır. Ən yüngül element olduğu üçün də onun yeri Mendeleyev dövri sisteminin lap əvvəlindədir.

    Qəribə burasıdır ki, bu qədər geniş yayılmasına baxmayaraq, Yer kürəsində sərbəst hidrogen yoxdur. Onu hələlik ancaq vulkan püskürmələrində müəyyən ediblər.

    Oksigen isə Yerdə çox yayılıb. Dağ süxurları, minerallar oksigenin kimyəvi birləşmələri ilə zəngindir. Oksigen öz birləşmələri ilə birlikdə Yer qabığı çəkisinin 47%-ni təşkil edir. Nəfəs aldığımız havanın da yüzdən iyirmi biri oksigendən ibarətdir.

    Su təbiətdə, demək olar ki, yeganə mayedir, çünki başqa mayelər canlıların həyat fəaliyyəti zamanı yaranır, ya da insanlar onu istehsal edirlər. Yəni təbii yox, süni surətdə yaranan mayelər var.

    Su Yerdə yeganə maddədir ki, asanlıqla hər üç aqreqat halına keçə bilir: bərk – buz, maye – su, qaz – buxar.

    Su çox mühərrikdir. Planetimizdə, necə deyərlər, suyun “ayağı dəyməyən” yer yoxdur; okean və dənizlərdən buxarlanıb qalxaraq küləklə birgə qitələri dolanır, yağışa, qara dönüb yağır, yerə hopur, süzülür, bulaqlara, çaylara dönüb okeana axır.

    Hətta qütblərə yaxın buzlaqlardan da havalar istiləşəndə buz parçaları qopur, sürüşüb aralanır və aysberqə dönür.

    Suyun canlıların həyatı üçün möcüzə olduğunu bioloqlar və həkimlər etiraf edirlər, amma su kimyaçıları və fizikləri də heyrətə gətirir, çünki su həm kimyəvi maddə, həm də fiziki cisim kimi qeyri-adidir.

     Onun demək olar ki, bütün fiziki və kimyəvi xüsusiyyətləri müasir elmi məntiqdən kənara çıxır. Alimlər bunu suyun anomaliyaları da adlandırırlar. Qəribədir ki, Yerdə canlı həyatın yaranması və təkamülü , planetimizdə relyeflərin və iqlimin formalaşması  məhz bu anomaliyaların səbəbinə mümkün olub; məsələn, suyun qaynama (1000C) və donma (00C) temperaturu qeyri-adi dərəcədə yüksəkdir. Suyun molekulunu yaradan elementlərin – hidrogen və oksigenin qaynama temperaturu təxminən – 2000C, donma temperaturu isə -2500C-dir. Molekulyar tərkibi suya bənzər maddələr var. Yəni, bu maddələrdə də elementin biri atomu, suda olduğu kimi hidrogenin iki atomu ilə birləşərək molekul yaradır; məsələn, kükürd (H2S), selen (H2Se), tellur (H2Te). BU maddələrin qaynama və donma temperaturları 0-dan çox aşağıdır, onların molekulyar çəkisinə uyğun olaraq dəyişir.