Mədinə şəhərinin kasıbları hər səhər oyandıqlarında qapılarının qarşısında ərzaq torbası ilə qarşılaşırlar, ancaq bu torbanı qapılarının önünə qoyan adamı heç vaxt görə bilmirlər. Günlər beləcə keçib gedir. Bir gün səhər o möhtac insanlar qapılarının qarşısında ərzaq torbasını görməyəndə şübhələnirlər. Digər məhəllədən gələn ağı səslərini eşidəndə, başa düşürlər ki torbaları qoyan adam vəfat edib.

Bu insan Məhəmməd Peyğəmbərin (s.ə.s) nəvəsi Hz. Hüseynin oğlu Zeynel Abidindir. Onu kəfənləyənlər, Zeynel Abidinin kürəyində böyük yaralar olduğunu görəndə bu yaraların səbəbini soruşurlar. Görəsən kim bunun səbəbini bilir? deyərək ailəsindən kimisə tapırlar. Ağıllarına gələn bu sualı soruşduqlarında, Zeynel Abidinin gecə saatlarında kasıbların qapısına qoymaq üçün kürəyində ərzaq torbası daşıdığını və bu yaraların da torba daşımaqdan olduğunu öyrənirlər.

Bu günlərdə qeyd edilməyə hazırlaşılan, uşaqları bu istiqamətdə böyütdüyümüz, onun varlığına inandırdığımız və gəlişinə şam ağacı qurduğumuz, bəzədiyimiz Şaxta baba (Santa Klaus), günü və özü görəsən nə qədər həqiqidir? Həqiqi olan Peyğəmbərin nəvəsidir yoxsa Şaxta baba? Bizə yaxın olan görəsən Peyğəmbərin nəvəsidir yoxsa Şaxta baba? Hansını üstün tutmalıyıq? Hansını dəyər olaraq qəbul edib o yönə doğru getməliyik? Nəyi, Niyə qeyd elədiyimizi bilirik mi?

Yeni ilə girərkən deyirik, gülürük, əylənirik, amma biraz da köhnə il etdiklərimizi, yanlışı və doğrusu ilə təhqiq etsək, yeni ildə nələri etməliyəm, hansı yanlışları geridə qoymalıyam deyə düşünsək məncə yeni ilə bir doğru ilə başlamış olarıq.

İndi gərək seçək ki, Şaxta babanın torbasına baxacağıq yoxsa Peyğəmbər nəvəsi Zeynel Abidinin.

Bilirəm çox sual verirəm, amma sualsız da yaşam olmaz ki?!