Bu yarışın iştirakçıları arasında London Olimpia oyunlarının qaçış üzrə bürünc mükafatçısı keniyalı Abel Mutai də iştirak edirdi. O, rəqiblərini tamamilə arxada qoymuşdu. Lakin finiş xəttinə 10 metrə yaxın qalmış o dayandı. Abel Mutai finiş xəttini keçdiyini zənn edib öz tamaşaçılarını salamlamağa başladı. Bu vaxt digər yarışda iştirak edən ispaniyalı İvan Fernandes Anayya keniyalı rəqibinə yaxınlaşsa da onun səhvindən istifadə edib yarışı birinciliklə tamamlamadı. Əksinə rəqibini irəliyə itələyərək onu birinci etdi. Fernandes bu vicdanlı hərəkətini belə izah etmişdir : “Mənə mənliyimi saxlamaq qızıl medal udmaqdan daha vacibdir”