Bizim fikirlərimiz fəaliyyətimizi formalaşdırır, fəaliyyətlərimiz vərdişlərə çevrilir, vərdişlər isə xarakterimizi formalaşdırır. Bu üsulla biz birbaşa olaraq özümüz özümüzü formalaşdırırıq. Mənəvi cəhətdən güclü insanların 9 xüsusiyyəti:

    1. Vaxtı boşuna sərf etmək. Mənəvi cəhətdən güclü insanlar boş dayanıb şərait və vəziyyətdən şikayətlənmir, başqa insanların onlarla pis davrandığın özünə “problem” edib bütün günü bundan gileylənmir. Onlar sadəcə öz həyatlarının məsuliyyətin öz üzərinə götürərək birdəfəlik anlayırlar ki, həyat həmişə asan və ədalətli olmur, lakin belə şeylər onları həyatda ləngitmir, onlar bu cür hadisələrə ötəri yanaşaraq, öz prinsip və məqsədlərini hər şeydən üstün tuturlar.

    2. Onlar öz üzərində şəxsi hakimiyyəti heç vaxt itirmirlər. Güclü insanlar heç vaxt imkan vermirlər ki, başqaları onların seçimini, emosiyalarını idarə etsin və hətta hakim çıxsın onlara. İstənilən vəziyyətdən özləri təkbaşına çıxmağı bacarırlar.

    3. Onlar dəyişikliklərdən qorxmurlar. Mənəvi cəhətdən güclü insanlar həyatındakı dəyişikliklərdən qorxmurlar və hətta, onları “gözünün içinə baxaraq” qarşılayırlar.

    4. Onlar hər kəsin xoşuna gəlməyə çalışmırlar. İnsanlar var ki, hər kəs tərəfindən bəyənilməyə can atırlar. İnsanlar var ki, hər kəsə əks gedib, öz gücünü sübut etməyə çalışırlar, lakin hər iki yol düzgün deyil və insanı xoşbəxt etmir. Mənəvi cəhətdən güclü insanlar isə hər kəs tərəfindən bəyənilməyə can atmır, ancaq lazım olduqda bundan istifadə edir, nə də ki, hər kəsə əks gedib, cəmiyyətdən təcrid olunmur, lakin lazım olanda “yox” deyə cavab verə bilirlər.

    5. Onlar düşünülmüş və ölçülmüş risklərə getməkdən qoxmurlar. Güclü insanlar risklərin gətirə biləcəyi itki və səmərəni düzgün, hərtərəfli ölçəndən sonra riskli addım atmağı bacarır.

    6. Onlar keçmişi dəfələrlə götür-qoy etmirlər. Güclü insanlar keçmişini etiraf edib, ordan özləri üçün dərs götürürlər, nəticələr çıxardırlar. Əksinə olaraq hər şeyin başqa cür olmağı haqda keçmişi təhlil etmirlər.

    7. Onlar bir səhvi bir neçə dəfə təkrar etmirlər. Hər birimiz axmaqlığın nə olduğunu anlayırıq – eyni bir səhv hərəkəti “bu dəfə alınacaq” ümidi ilə dəfələrlə təkrar etmək. Mənəvi cəhətdən güclü insanlar öz hərəkətlərinin məsuliyyətini çəkir və səhvlərindən dərs götürməyi bacarır. Buna görə də onlar bir səhəfi yenidən təkrar etmir, əksinə olaraq irəliləyib gələcəkdə uğur qazanırlar.

    8. Onlar başqa insanların uğuruna qısqanclıqla yanaşmırlar. Mənəvi cəhətdən güclü insanlar başqasının uğuruna sevinir və onu qiymətləndirirlər. Bunun əvəzinə olaraq onlar etiraf edirlər ki, uğur ağır zəhmət və çalışqanlığın nəticəsində əldə edilir.

    9. Onlar ilk uğursuzluqdan sonra təslim olmurlar. Hər bir uğursuzluq – fəaliyyəti daha da mükəmməl etmək üçün bir şansdır.