Rendi Pol Qeydc – uğurun və rifahın əldə edilməsi sahəsində ixtisaslaşan özünü inkişaf  üzrə məsələlərdə mütəxəssisdir. Rendi Pil Qeydc “milyonerlərin xilaskarı” təxəyyülü ilə məşhurdur. Ekspertin uğur qanunları bir çoxlarını ilhamlandırır.

    1. Boşluq qanunu. Yeni çəkmələrə ehtiyac duyursunuzsa, köhnə çəkmələrdən tezliklə qurtulmaq lazımdır. Eləcə də həyatımızda vacib və müsbət dəyişikliklərə nail olmaq üçün bir çox lazımsız şeyləri, stereotipləri həyatımızdan çıxarmaq lazımdır.

    2. Sirkulyasiya qanunu. Hal-hazırda malik olduqlarınızdan həyatınızdan buraxmağa hazır olun ki, onun əvəzində arzuladıqlarınız həyatınızda daxil olsun.

    3. Təsəvvür etmə qanunu. Həyatınızın çiçəklənməyin istəyirsinizsə, ilk öncə çiçəklənməni təsəvvürünüzdə canlandırmalısınız.

    4. İncəsənət qanunu. İnsan inkişafa, çiçəklənməyə özünün düşüncəsi və təsəvvürünün enerjisi vasitəsi ilə çata bilər.

    5. Bağışlamaq qanunu. Əgər bir insan başqalarını bağışlaya bilmirsə, onun ürəyi daima qısqanclıq və kinlə dolu olur. Mənfi hisslər isə insanın ətrafında neqativ aura yaradır. Buna görə də insan uğura nail ola bilmir.