Ən iri şikar – Hələlik ən iri şikar 4,87 m uzunluğunda Afrika pitonunun mədəsində tapılmış 60 kq-lıq impala antilopu olmuşdur.

    Ən təhlükəli ilan – Hindistanda kobra çalmasından hər il 7500 adam ölür. İl ərzində bu ölkədə təxminən 30.000-ə qədər adamı ilan çalır, bunların da 25%-i kobradan zərər çəkənlərdir.

    Uzunömürlü reptili – Tısbağalar çox tez böyüsələr də, hamıdan uzunömürlü olurlar. Ən “qocaman” tısbağa 152 yaşamış Marion tısbağası olmuşdur.

    Ən uzun aclıq – Sakit okean adlarında yaşayan xabu ilanları aclığa çox dözümlüdürlər. Onlar hətta 3 ilə kimi ac qala bilirlər.

    Ən az qida qəbul edən – Bu cəhətdən iri tısbağaların tayı-bərabəri yoxdur. Onlara ayda 1 dəfə 1 banan yemək də kifayət edir.

    Sprinter kərtənkələ – And dağlarında yaşayan Tend Kərtənkələləri qısa bir məsafəni saatda 30 km sürətlə qət edə bilər.

    Ən uzun ilan – Bu rekordu anakonda ilanları uzunluğu 9 metr olan pitonlarla öz aralarında bölüşürlər. Hətta təbiətdə uzunluğu 11,45 m-ə çatan anakondalar da mövcuddur.