1. Mərakeşdə əhali öz kralını bütün nöqsanlarına baxmayaraq çox sevir. Əhali kralın bir çox oğurluq hallarına göz yumur, çünki o, ölkədə müharibəni dayandırıb. Uzunmüddətli müharibədən sonra sülh şəraitində yaşamaq mərakeşlilər üçün olduqca dəyərli hala çevrilib.

    2. Kral 6-cı Məhəmmədin və onun atası 5-ci Məhəmmədin fotoları hər yerdə asılır və kult deyil, səmimi hörmət və sevginin nəticəsidir. Əhali kralı müharibəni dayandırdığına görə hər cür hörmət və ehtiramını bildirir.

    3. Milli valyuta olan Mərakeş dirhəmi dollara münasibətdə ən stabil valyutalardan biri hesab olunur.

    4. Hakimiyyətə yeni kral gəldikdə banknotlar dəyişilərək kralın simasını əks etdirməyə başlayır.

    5. Burada uşaqların əksəriyyəti 5 yaşından Quran dərsləri alır.

    6. Hər yerdə (mağaza, avtodayanacaq, vağzal, iş yeri və s.) namaz qılmaq üçün otaqlar var.

    7. Mərakeşdə ərəb dilindən sonra ən çox yayılmış dil fransız dilidir.

    8. Bir çoxları isə bərbər dilində danışır. Hansı ki, bu dilin yazılı forması artıq mövcud deyil.

    9. Mərakeş əhalisinin 60%-ni ərəblər və 40%-ni bərbərlər təşkil edir.

  10. Bərbər və ərəblər ən azart tacirlərdir. Onlardan bir şey almaq istəsəniz, çəkinmədən qiyməti 5, hətta 10 dəfə aşağı salmağa çalışın.

  11. Böyük şəhərlərdə yerli əhali turistləri “pul kisəsi” kimi görür və onlardan pul qoparmaq üçün hər şey edir.

  12. Mərakeşdə ən maraqlı və qəşəng yerlər, məhz turistlərin gəzmədiyi yerlərdir.

  13. Mərakeşli qadınlar şəkil çəkdirməyi və onların şəklinin kənardan çəkilməsin sevmir və hətta aqressiv qarşılayır.

  14. Mərakeşdə demək olar ki, hər bir ailənin xurma ağacı var.

  15. Xurma yığımı isə olduqca çətin və təhlükəli prosessdir. Beləki, bəzi xurma palmalarının hündürlüyü 20-ə çatır.

  16. Mərakeşdə tikililərin rəngi ilə torpağın rəngi üst-üstə düşür.

  17.”Bərbər viski” – nanə və tünd yaşıl çay dəmləməsidir.

  18. Səhralarda quyular mexaniki şəkildə, yəni əl ilə betondan hazırlanır.

  19. Səhralarda quyulardan çıxarılan sular ilıq olur və qum tamını verir.

  20. Orta birhürgüclü dəvə 1000 avro dəyərindədir.

  21. Mərakeşdə 1980-ci illərin Mercedes S-klass modelləri üstünlük təşkil edir və daha çox taksi kimi istifadə olunur.

  22. Maşınların əksəriyyəti dizel yanacağından istifadə edir.

  23. Taksidə şofer istisna olmaqla 6 müştəri oturur həmişə.

  24. Çoxarvadlılıq ancaq maddi cəhətdən çox imkanlı kişilərə məxsusdur. Mərakeşdə olarkən 2 və ya daha çox həyat yoldaşı olan kişi rastıma çıxmadı.

  25. Buradakı sürücülər sükan arxasında demək olar ki, demək olar ki, heç vaxt əsəbiləşmir, gərginlik keçirmir. Buna görə də yol qəzaları da nadir hallarda baş verir.

  26. Mərakeşdə Braziliya və Argentina serialları ərəb dilinə tərcümə olunaraq açıq şəkildə televiziyada yayımlanır, lakin o seriallara ancaq kişilər baxır.

  27. Buradakı dilənçilər öz “iş yerlərinə” taksi ilə gəlirlər.