Şanxayın 24 yaşlı sakini World of Warcraft-da 19 saatlıq virtual mübarizədən sonra qan öskürməyə başlayıb və stuldan yerə yıxılaraq keçinib. Məntəqəyə çatan təcili tibbi yardım isə gəncin ancaq ölüm vəziyyətini üeydə ala bilib.

    19 saatlıq fasiləsiz oyundan sonra halı pisləşən Vu Taunun vəziyyətini görən klub üzvləri dərhal təcili yardım çağırır və onu divanda uzanaraq tibbi yardımı gözləməyə səsləyirlər. Lakin, gənc imtina edərək, virtual mübarizəyə davam edir və ağzından gələn qanı mütəmadi olaraq əl dəsmalı ilə silir.

    Bir müddətdən sonra öskürək güclənir və öskürək pristuplarının birində Vu Tau yerə yıxılaraq keçinir.