Atlantik Okeanın şimal hissəsində Şotlandiya və İslandiya arasında yerləşən, Farer adalarının mərkəzində olan – Litla – Dimun bütün dünyada təpəsindəki buludla tanınır. Yaz – qış, hər fəsildə mütləq Litla – Dimun adasının başında bir bulud olur. Bəzən buludlar tərəfindən əhatəya alınan ada görünməz hala gəlir, bəzən isə bu bulud yalnız adanın təpəsində olur və ağ rəngli şlyapanı xatırladır. Ehtimal edilir ki, buludların adanın üzərində həmişə mövcud olmasına səbəb hava axınıdır.

http://imageshack.com/a/img911/2958/yGRZQc.jpg

Bu fotoşəkil 2011-ci ildə – İtalyalı turist Andrea Ricordi tərəfindən çəkilmişdir. Adanı Farer adalarının paytaxtı Torsxavndan Supray adasına gəmiylə gedərkən gördüyünü deyən həvəskar fotoqraf, mənzərənin onu çox təəccübləndirdiyini deyir. 40 yaşlı Andrea Ricordi: “Günəşli və tərtəmiz bir hava var idi. Ətrafda adanın təpəsindəki buluddan başqa heç bir bulud yox idi. O üzəri bəyaz kremlə örtülmüş torta bənzəyirdi və heyrətamiz dərəcədə adaya yaxın məsafədə idi. Qarşılaşdığım bu inanılması çətin hadisəni evə dönəndə dostlarıma da göstərmək üçün adanın fotoşəkillərini çəkdim.” – deyə bildirmişdi.


http://imageshack.com/a/img911/3001/gRu5He.jpg

Farer arxipelaqına daxil olan 18 adadan ən kiçiyi olan bu adanın ərazisi 0.82 kv.km.-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 414 m hündürlükdə olan ravan dağın ətrafı kəsici qayalarla əhatələnmiş, üst hissəsi isə düz biçimdədir.


http://imageshack.com/a/img633/2382/W4fF4A.jpg

Adanın daha bir neçə maraqlı cəhətləri də mövcuddur. Belə ki, Litla – Dimun dünyada əhali tərəfindən məskunlaşılmayan, insan ayağının dəymədiyi geyanə yer kimi də tanınır.

Həmçinin, XIX əsrdən etibarən nəsli kəsilimiş çöl qoyunları – kiçik ölçülü, qara və tünd qəhvəyi rəngli, qısa və sıx yunlu – bu adada yaşamışdır. Bu qoyunlar hələ də muzeylərdə sərgilənir.


http://imageshack.com/a/img538/1017/aMkWe7.jpg

http://imageshack.com/a/img673/7779/qiodvH.jpg