Bir insandan soruşaq: sizə bunu etmək üçün hansı problemlər imkan vermir? O çox güman ki, aşağıda sadaladığımız problemləri sizə deyəcək. Bu dəfəki postumuzda problemlər və həll yolları barədə sizinlə fikir mübadiləsi aparmaq istərdik

Bir çox insan arzuladığı işə sahib olmaq istərdi. Bəs biznes fikiri ilk öncə necə formalaşdırmaq olar? Əslində bir çoxları sadəcə bu haqda düşünür vəssalam. Fikir olaraq başda qalır, zaman keçir, hərəkət olmur, sadəcə yenə də ağlımızda onu saxlamaqla kiyafətlənirik. Əslində isə onu həyatda keçirmədikcə biznesimizin nə dərəcədə maraqlı, uğurlu və orijinal olduğunu bilə bilmərik.

Beləliklə bəhanələri sıralamışıq:

1. Mən qorxuram

Aramıza xoş gəldiniz! Unutmayaq ki, qorxmayan qəhraman yoxdur. Qorxularımıza qalib gəlməyi bacarmalıyıq. Əks halda uduzan olacağıq


2. Güclü əlaqələrim yoxdur

Facebook, Twitter və digər sosial şəbəkələrə görə internetdə istənilən bizə lazım olan insan ilə əlaqə qura bilərik, əlbəttə ki, Roma Papasından başqa. Əgər məktub yazarkən cavabsız qalıbsa, demək yanaşmada problem var. Bunun üçün “müştərilər ilə necə danışmaq lazım” olduğunu başa salan yüzlərlə kitab var. Bu sahədə bilikləri artırmaq lazımdır.

Unutmayaq ki, bir insan nə qədər çox məşhurdursa, o qədər onun vaxtı azdır. Elə formada yazmaq lazımdır ki, oxumaq maraqlı olsun, fikriniz konkret anlaşılsın, ona sizinlə danışmaq maraqlı olsun

 

3. Mən artıq gecikmişəm…

Hmm, bəlkə də Stiv Cobs mükəmməl məhsulları ilə sizi artıq həqiqətən qabaqlayıb, amma Facebook yaradıcısı olan Mark sosial şəbəkəni yaratmaqla bir yenilik etməyib. Facebookdan öncə MySpace, HI5 və digər sosial şəbəkələr var idi. Hətta Myspace üçün deyirdilər ki, bundan mükəmməl sosial şəbəkə olmayacaq.

Amma oldu. Çatdırmaq istədiyimiz fikir odur ki, gecikmək fikri barədə ümumiyyətlə düşünməyin. Ən yaxşılar qalib gəlir, ilklər deyil

 

4. Ehh mənə qulaq asan olmayacaq heç

Əgər sizin fikrinizi qəbul etmirlərsə, bu onların deyil, sizin günahınızdır. Bu o deməkdir ki, siz maraqsızsınız. Maraqlı olmaq barədə düşünün, o zaman sizi dinləyəcəklər

 

5. Pulum yoxdur

Elə bilirsiniz biznesə başlayan insanlar milyonerdir? Bizneslə məşğul olan sadəcə pulunu, zamanını, və s. idarə edə bilir. Bütün ömrü boyu pul yığmaq ilə o həyata keçməyəcək, amma fikrimizi dəyişmək öz əlimizdədir.

Unutmaq lazım deyil ki, pul heç zaman insana bəs etməyəcək. Əgər başlamaq istədiyiniz biznesə görə milyonlar lazımdırsa və bunsuz keçinmək olmazsa, bir müddətlik bu fikri kənara qoyub daha yüngül bir şeylər etmək olar.

 

6. Vaxtım yoxdur

Bizdə bütün dünyada sutkada 24 saat var. Yer kürəsində elə yer yoxdur ki, orada gün 50 saatdan ibarət olsun. Demək məsələ vaxtımızı necə idarə etdiyimiz ilə bağlıdır

Yerin dibində bir bunkerə atsalar sizi, hava, yemək və su qıtlığı olsa, internetə toxunmayacaqsınız. Bir yol ilə bunkerdən çıxmaq istəyəcəksiniz, çünki resurslar bitdikdən sonra sizə nə olacaq bilirsiniz. Elə isə bu rahat dünyada hər zaman rahatlıq içində yaşayacağıq deyə qarantimiz yoxdursa, bunker vəziyyətini niyə gözləyirik?

 

7. Lazımı bilik və bacarıqlarım yoxdur

İndiki zamanda bu problem deyil. Mağarada yaşamırıq. Kurslar, Universitetlər, kitablar, məqalələr, demək olar ki, hər şey əlçatandır ki, biz mükəmməl olaq. Bacarıqlar hər zaman doğuşdan bizdə olmaz, onu sonradan qazanırıq.

Əgər düşünürsünüzsə, sizdə həvəs yoxdur və heç nə etmək istəmirsiniz, o zaman biznes barədə olan fikrinizi bir kənara atıb məhəllədə futbol oynamağa gedin.

 

8. Ağlıma gətirə bilmirəm ki, hansı işi qura bilərəm

Nəsə ideal bir şey qurmaq etiraf edək ki, çətindir. Belə hallarda Nobel mükafatı qazana və ya dünya şöhrətli ola bilərsiniz

Artıq sınaqdan keçmiş şeyləri daha yaxşı etmək isə daha asan və realdır.

Küçəyə çıxın, insanların üzlərinə baxın. Məgər hamısı idealdır və problemləri yoxdur? Siz onların problemlərinə çarə tapa bilərsiniz. Sadəcə düşünmək lazımdır ki, onlara necə kömək etmək olar

 

9. Risk edə bilmərəm

Əgər narkotik və insan-alveri ilə məşğul deyilsinizsə, hansı cinayətdən danışmaq olar ki. Heç kəs sizi printer təmir edən şirkət yaratdığınıza görə həbs etməz.

Unutmayaq ki, hər zaman mükəmməl olmayacaq. Sadəcə, hazırlıqlı, yüksək motivasiyalı və ürəkli olmalıyıq. Ən azı belə olmasaq 30 il sonra düşünə bilərik ki, kaş o vaxtı bunu edərdim

 

10. Məsləhət verə bilərəm, amma özüm edə bilmərəm

Səhv fikirdir. Bu tənbəllikdən irəli gəlir. Özünüz hər şeyi bacarırsınız

 

11. Mən perfeksionistəm, məndə hər şey ideal olmalıdır

Özünüzə güvənmirsiniz, qorxursunuz, tənbəh olmaqdan çəkinirsiniz? Bu artıq perfeksionist olmaq deyil, kompleksdir. Məsələlərə digər tərəfdən baxmaq lazımdır. Bəlkə mənə bunu dedilər ki, işimi daha gözəl görüm. Bu adamlar yaxşılığımı istəyirlər deyə düşünək bəlkə?

 

12. Ölkədə bir iş qurmaq mümkün deyil

Hər kəs bilir ki, biznesmənlər hansı çətinliklər ilə qarşılaşırlar. Əlbəttə çətin olması yaxşı bir haldır, yoxsa sizdə stimul olmazdı, çünki bu işi hər kəs apara bilərdi. Belə olan halda isə siz işinizi mükəmməl bildiyiniz üçün zəiflər bazardan silinir. Təbiətin qanunudur bu. Zəiflərləri silirlər, güclülər isə qalır

 

Unutmayaq ömrümüz çox qısadır, postumuzun sizə uğurlu olması diləyi ilə…