1. Özünü olduğun kimi sev və qəbul elə.

    2. Ətrafında çoxlu qısqanc və kinli qızlar olacaq. Buna hazır ol .

    3. Əgər həyatda dost tapmısansa, çalış dostluğunuza heçnə mane olmasın.

    4. Əşyalar səni heç vaxt xoşbəxt etməyəcək.

    5. Heç vaxt heç kimi qınama, lakin özün qınaq obyektinə çüvriləcəyinə hazır ol və bundan qorxma.

    6 .Özünün əsas döyüş məqsədini tap. Bəzən, elə olur ki, heç savaşmağa dəyməz.

    7. Özünü heç vaxt başqaları ilə müqayisə etmə, xüsusilə də görünüş baxımından.

    8. Sevəcəyin insanın kimliyindən asılı olmayaraq, özünü itirmə.

    9. Komplimentləri sakitliklə qəbul etməyə vərdiş et və onlara inan.

  10. Həmişə dürüst ol.

  11. Emosiyalarını bölüşməkdən çəkimə. Qadınları emosiyalar bəzəyir.

  12. Əlinə düşən hər kitabı, yazını, qəzeti, jurnalı, hekayəni və s. oxu. Bilik qadının ən böyük gücüdür.

  13. Xoşlandığın insanın evində bir dənə də olsa, kitab yoxdursa, ondan uzaq dur.

  14. Sən heç kəsin şəxsi mülkü deyilsən!

  15. Həmişə özünü qorumaq iqtidarında və bacarığında ol. Həmişə!

  16. Uğursuzluq yaşamaqdan çəkinmə. Məhz, uğursuzluqlar uğura nail olmağı öyrədir.

  17. Xeyirxahlıqla məşğul və bunun əvəzini gözləmə. Xeyirxahlıq qadını gözəlləşdirir.

  18.Nəzakətli və mehriban ol. Heç kim ətrafında kobud qız görmək istəmir.

  19. Sözlər yox, davranış sənin kim olduğunu müəyyən edir.

  20. Hər şeydə pislik yox, gözəllik, xeyirxahlıq axtar.

  21. Səni sevən və sənin qədrini bilən insanlarla heç vaxt əlaqəni kəsmə.

  22. Həmişə başıuca ol! Özünə əmin insanlar cazibədar olur.

  23. Gülüş ruhumuzun dərmanıdır.

  24. Ev – sənin yaşadığın yer yox, sevildiyin yerdir.

  25. Üzr istəmək təşəbbüsü zəiflik deyil.