Əylənmək ya da darıxmaq, sevmək ya da sevilmək, sevincdən yerində dayana bilməmək ya da kədərdən sıxılmaq.. Bunları bir daha yaşamaq istəməyin verdiyi duyğunu nə qədər hiss etməyə çalışsaq da boşdur əslində .. Yaxşı, ya peşmanlıqlar?

Avstriyalı Bronnie Ware ölümə yalnız 12 həftə uzaqda olan xəstələrlə maraqlanan tibb bacısıdır.. Və bu insanların peşmanlıqlarını birbaşa dinləyən bir insandır.. Gəlin biz də onu dinləyək. Dırnaq içərisində olan cümlələr Bronnie xanıma aiddir.

1.    Başqalarının məndən gözlədiyi həyatı yaşamaq yerinə mənim üçün doğru olan həyatı yaşamaq Cəsarətimin olmasını istərdim…

“Çox sayda peşmanlıq cümləsi eşitdim, lakin bütün bunların arasında ən çox dilə gətirilən belə idi. İnsanlar həyatın sonuna gəldiyini fərq etdikdə və dönüb arxaya baxdıqda etmək istəyib də edə bilmədikləri çox şeylərlə qarşılaşır. Bir çox insan xəyallarının yarısını belə gerçəklədirmədən və bunun etdiyi və ya etmədiyi seçimlər səbəbiylə belə olduğunu bilərək ölür. Lakin bir çoxları təəssüf ki, həyat əllərindən itib gedənə qədər bunun fərqinə belə varmır ..”

Mənliyinə xariciləşən insanın, daxilində davam etdirdiyi başqa bir həyatı yaşamaq .. Nə qədər mənfidir, deyil mi? Cəmiyyət, qohum-qonşu təzyiqi, mədəniyyət … Elə bu məcburiyyətlərdən ötəri çoxumuz bir başqa mənliyi, öz mənliyimizin içinə yerləşdirməyə çalışırıq və nəticədə də yaşamaq istədiyimiz həyatdan çox uzaq bir həyatın içərisində çapalayırıq. Prinsiplərimiz formalaşmır və bizə yoldaşlıq etmir.

Yaşayarkən bir başqa mənliyə yiyələnmək  belə bu qədər mənfiykən, sizə aid olmayan bir mənlikdə ölmək necə ola bilər?

 

2.    Kaş işimə o qədər çox vaxt sərf etməsəydim…

“Bu cümlə, tibb bacısı olduğum müddət ərzində demək olar ki, hər kişi xəstəmdən eşitdiyim bir peşmanlıqdır. Uşaqlarının böyümə prosesini, həyat yoldaşlarının dostluğunu paylaşmadıqlarından bəhs edirdilər..” Çox çalışmaq .. Çoxumuzun ən böyük düşməni olan iki söz. Həyatını dolu dolu yaşamadığından şikayətçi olanların isə möhkəm yapışdığı, bütün günahı üzərinə atdığı iki söz ..

Həyat əlimizdən itib gedərkən bu qaçışların çox zaman səbəbidir çox çalışmaq .. Həmişə nələrisə əlimizdən qaçırmağa səbəb olur.. Bu həngamə içində bir gün qapınızı bir gerçək döyər. Siz çalışarkən sizi bir küncdə oturub izləyən, gözünü üzərinizdən ayırmayan bir gerçək … İşləmək ..

 

3.    Kaş hisslərimi açıq şəkildə ifadə edəydim… 

“Bir çox insan ətrafındakı insanlarla olan əlaqəsinə zərər verməmək ya da onları qırmamaq üçün duyğularını tam mənasıyla ifadə edə bilmir. Bu səbəblə heç bir zaman həqiqətən ola biləcəkləri adam ola bilmirlər. Elə bunun nəticəsində gələn inciklik və küskünlük, bu insanların üzərində böyük bir yük halına gəlmişdi və yaşadıqları xəstəliklərin səbəblərindən idi.” 

Bəşəriyyətin ən böyük əskiyi: İfadə məhrumluğu .. Duyğular hiss, ifadə isə sözlərlə mümkündür. O zaman ‘duyğuları ifadə etmək’ nə qədər doğru bir tərif olardı görəsən .. Alma ilə armutu yığmaq kimi .. Münasibətdə olduğunuz insanlara hisslərinizi, sevginizi və hörmətinizi nə qədər ifadə edə bilirsiniz və ya niyə ifadə etmirik?

 

4.    Kaş dostlarımla daha çox vaxt keçirsəydim…

“Bir çox insan ölüm deyilən qaçınılmaz sonun əlinə düşənə qədər köhnə yoldaşlıqların, yaşanmış olan gözəl günlərin dəyərinin fərqinə varmır. Ölüm artıq yaxşıca onları qolları arasına aldığında isə bu insanları tapmaq asan olmur. Elə bu səbəblə yoldaşlıqlarına haqq etdiyi zamanı və dəyəri vermir və bundan qaynaqlanan bir çox peşmanlıq vardı. Hər kəs ölərkən kimlər üçünsə darıxdığını deyir…”

Yanında olarkən zamanın necə sürətlə keçdiyini anlamadığımız, daha doğrusu zamanı heç fikirləşmədiyimiz insanlar var … Qorxduğumuz yaxud kədərləndiyimiz şeyləri heç çəkinmədən anlatdığımız insanlar var .. Bəzən bitdiyi yerdən təkrar başlayan amma heç bir zaman bitməyən bir yoldaşlıq qurduğumuz yaxın dostlarımız vardır .. 

Elə bu insanlarla olan bağınızı heç vaxt kəsməyin!

 

5.    Kaş öz xoşbəxtliyimə daha çox icazə versəydim…

Çaşdırıcı bir şəkildə, insanların dilə gətirdiyi peşmanlıqlardan biri də budur. Ölüm gələnə qədər çoxu xoşbəxtliyin bir seçim olduğunu fərq etmirdi. Köhnə davranış formalarına və qəliblərə sıxışıb qalmışdılar. Dəyişmə qorxusu həm ətrafdakılara həm də özlərinə “xoşbəxtmiş kimi” davranmalarına səbəb olurdu. Amma içlərində həqiqətən gülə bilmək və əylənmək həsrəti vardı.

Bir çox dildə “xoşbəxtlik” sözü şans, bəxt, taleh və hətta qədər kimi sözlərlə ifadə edilir ya da eynidir. Bəzilərimiz üçün isə xoşbəxtliyin tərifi çox sadədir: Anı yaşamaq. Nə zaman biz anı yaşamaqdan imtina etdik?

Ətrafımıza baxdığımız zaman 7 milyard bədbəxt insanın bir yerdə yaşamağa çalışdığını, hər gün üsyan edirik, sevdiyimiz insanları incidirik…

Maddiyat ya da mənəviyyat xoşbəxt etməyə bəs etmir artıq .. Egolarımızın altında əzilmiş, kədərin içinə basdırılmış, ölümü gözləyən bir canlıyıq sanki ..

Dəyişmə səndən başlayacaq, səndən! Xoşbəxtliyin qaynağı sən olacaqsan!

Xoşbəxtlik çox uzaqda deyil, əvvəl özündən başla hələ ..

Ölüm gəlmədən əvvəl ..