Rehahn Hoian adlı fotoqraf, dünyanın fərqli yerlərində çəkdiyi fotoları bir araya gətirərək bu layihəni ortaya çıxarmışdır. Bu fotolarda fərqli yaşlardan, fərqli mədəniyyətlərdən, fərqli etnik köklərdən gələn insanların gözlərinə diqqət çəkmişdir. Bu baxışlar da insanlar qədər fərqlidir; kimisində içdən bir gülümsəmə, kimisində maraq, kimisində saflıq, kimisində isə qaya kimi bir iradə görürük.