Bir vaxtlar Ferruço Lamborghini traktor hazırlayan fermer idi. O zaman işi pis getmirdi, hətta, elə əla gedirdi ki, özünə Ferrari avtomobili də almışdı. Bir gün onun avtomobili xarab olur. Özü professional bir mexanik olduğundan, maşınını təmir etmək qərarına gəlir və gözləmədiyi bir görüntünü görür. Maşının mexaniki sürət qutusunu dəyişərkən istifadə olunan “Mufta” onun hazır etdiyi traktorlarında da var idi.

Hiddətlənən Ferruço Ferrari sahibi olan Enzo Ferrariyə belə aşağı səviyyəli bir şey etdiyi üçün şikayətə gedir. Özünü göylərdə aparan Ferrari sahibi Ferruçiyə “sən fermersən, problem səndədir. Mən hazırladığım avtomobildə deyil” deyir.

Özünü təhqir olunmuş hiss edən Lamborghini Ferrarinin avtomobillərini üstələyəcək bir yenilik gətirməyi özünə söz verir. Onun qisas almaq istəyi bir müddət sonra ona uğur gətirir və o Ferrarinin avtomobillərini üstələyə bilir. Beləliklə dünyanın ən lüks və sürətli avtomobil şirkəti meydana gəlir…