“Məğlubedilməz” mənasını verən Ayutthaya; Banqkok, Çianqmay və Puket qədər tanınmasa da Taylandın ən çox turist qəbul edən yerlərindən biridir. Tarixçilərin araşdırmalarına görə Ayutthaya, dövrünün ən canlı böyük şəhərlərindən biriydi. Günümüzə qalan imperatorluğun görkəmli xarabaları Ayutthaya Tarixi Parkı olaraq bilinir və UNESCO-nun Dünya Miras Siyahısına daxil edilmişdir.