Qarşımızda Minbir Gece Nağıllarından çıxmış kimi görünən bir mənzərə var. Bura səhranın ortasındakı bir vahədir. Eynilə nağıllardakı kimi görüntü var: Bir hovuz, ətrafında bitki örtüyü və az sayda ev…

    Bu kiçik kənddə təxminən 100 adam yaşayır. Huacachina olaraq tanınan bu vahə Peruda, dünyanın ən quraq bölgələrindən biri kimi də tanınır. Maddi qazancını turizmdən əldə edən bu kənddə İnklərin nəvələri yaşayır. Peru dövləti tərəfindən milli mədəniyyət irsi elan edilərək qorumağa alınan bu sehirli vahənin fotoşəkillərini aşağıda görə bilərsiniz.