İtalyan memar Stefano Boeri’nin hazırladığı bu göydələn şaquli bir meşəni xatırladır. 117 metr yüksəkliyindəki bu bina İsveçrədə inşa ediləcək. Binada yüzlərlə ağac və minlərlə bitki üçün 3.000 kvadrat metr yer ayrılmışdır. Ağac olaraq sidr seçildiyinə görə, layihənin adı La Tour des Cedres, yəni Sidr Qülləsi olaraq təyin olunmuşdur. Memar, müsahibəsində 2017-ci ildə tikinti işlərinin başlayacağını qeyd edir.

Sidr həmişəyaşıl ağacdır. Bu səbəblə göydələn ilin hər günü yaşıllığını qoruyacaq. Bu Boeri’nin ilk təbiət-yönümlü layihəsi deyil; 2014-ci ildə Şaquli Meşə adlı, mindən çox bitki növünə ev sahibliyi edən iki 112 metr uzunluğunda göydələni tamamlamışdır. Bu layihəyə dair fotoşəkillərə aşağıda baxa bilərsiniz.