Anadan olduğumuz yer necə bir həyat yaşayacağımıza böyük nisbətdə təsir edə bilər. Bəzi insanlar mədəni şəraitdə yaşayarkən, bəziləri təmiz suya, sağlam qidalanmaya həsrət şəkildə həyatlarına davam edirlər.

“WaterAid” adlı beynəlxalq yardım təşkilatı dünyanın müxtəlif yerlərindən hamilə qadınların doğum çantalarını mövzu alan bir şəkil seriyası hazırlamışdır. Bu silsilə fotoşəkillərdə doğum çantaları arasındakı fərqlər bu ədalətsizliyə dair çox şey izah edir.


Malavi


Doğum edəcəyi səhiyyə mərkəzində elektrik, su, sterilizasiya avadanlıqları yoxdur. Bu səbəblə 23 yaşlı Ellen yanında bir fənər, göbək bağını kəsmək üçün bir ülgüc, özü və körpəsi üçün ədyallar aparacaqdır.


Avstraliya


31 yaşlı Katy doğum çantasına bolluca körpə geyimi (corab və papaq daxil), bez, pijama, masaj yağı, çərəzlər və baxım əşyaları qoymuşdur.


Zambia


27 yaşlı Hazel doğum çantasına ədyal, körpə geyimləri, sabun, dolça və yataq dəstlərini yumaq üçün kifayət qədər su olmadığdan yatağın üstünə sərəcəyi bir plastik örtük qoymuşdur.


ABŞ


Deanna doğum haqqında bir kitab, körpə üçün geyimlər, yuxu maskası, hindistan qozu yağı, boyunluq, çərəz və baxım əşyaları qoymuşdur.


Madaqaskar


36 yaşlı Claudine’in çantasında hidrofil pambıq, təmizlik üçün spirt, körpə geyimləri, vedrə və termos var. Yaxşı ki, kəndində içməli su var.


İngiltərə


34 yaşlı Joanne doğum çantasında ədyal, körpə üçün geyimlər, bezlər, doğum yastıqcıqları, iPad, yaş dəsmallar, körpə əlcəyi və papağı, fərdi baxım əşyaları və çərəz daşıyır.


Tanzaniya


22 yaşlı Agnes doğumunu suyun çox məhdud olduğu bir xəstəxanada edəcəkdir. Doğum çantasında körpə geyimləri, ədyal, şüşə və çay daşıyır.