Nəzarətsiz qalan nüsxələrin sıradan çıxmağa başladığı bildirilir.

Yəmənin paytaxtı Səna şəhərindəki “Camiul Kəbir” məscidinin zirzəmisindən müsəlmanların müqəddəs kitabı “Qurani Kərim”ə aid ən qədim əlyazmalar tapılıb. Nəzarətsiz qalan nüsxələrin sıradan çıxmağa başladığı bildirilir.

Qədim əlyazmaları incələmək üçün Sənaya gedən türkiyəli ilahhiyyat alimi professor Təyyar Altıkulaç restovrasiya vaxtı məbədin zirzəmisindən və çardağından sandıqlar dolusu Quran nüsxələri aşkarlandığını bildirib. Altıkulaç həmçinin bu nüsxələrin “Quran”ın peyğəmbərin dövründən heç bir təhrifata məruz qalmadan bu günə qədər gəldiyini sübut edən əhəmiyyətli vəsiqələr olduğunu deyib.

Məlumata görə, Yəməndəki “Camiul Kəbir” məscidi İslamın ilk illərində həzrəti Muhammədin (Ə.S.) şəxsən verdiyi göstəriş əsasında tikilib.