Kanadalı fotoqraf Gaston Lacombe, zooparklarda əsir saxlanılan heyvanların iştirak etdiyi, “Captive” (Dustaq) adlı bir fotoşəkil layihəsi hazırlamış və buradakı heyvanların daxili dünyasını mükəmməl bir şəkildə əks etdirən fotoşəkillər çəkmişdir. Fotoqrafın ürək sızladan fotoşəkil layihəsində, bu məkanların heyvanlar üzərində necə bir təsirə sahib olduğunu görmək çətin deyil…

Fotoşəkillərdə heç də kükrəməyəcəkmiş kimi güclü dayanmayan aslanlar, qəfəs içində heç azad görünməyən quşlar, yaşadığı məhbusluğu, hüznü üzündən oxunan meymunları görürük.