Chris McCandless deyiləndə bəlkə də ağlınızda heç bir şey canlanmır, amma əslində hamınız onu tanıyırsınız. Yəni ən azından “Into the Wild” ı izləyənlər tanıyır. Hamımızda “çantamızı alıb yaşadığımız yerdən uzaqlaşma” istəyi oyandıran bu möhtəşəm filmin hekayəsi, əslində bu gənc adamın kiçik həyat hekayəsidir.


Chris, 1990-ci ildə universitetdən məzun olduqdan sonra hesabındaki 24 min dolları xeyriyyə təşkilatlarına bağışlayıb və otostopla Amerikanı gəzməyə başlamışdır. Sonra da uzun zamandır xəyalını qurduğu Alyaska macərasında, həyatını itirmişdir. Onun ölüm səbəbi, aldığı kitabdakı məlumatları səhv oxuyaraq yediyi bitkinin zəhərli olması idi. Chris öldüyü zaman 24 yaşı var idi.


İndi isə bu gənc macəraçının gerçək həyatına aid bəzi kadrlar görəcəksiniz. Bu kadrlar səbəbini bilməsəkdə, bizim tüklərimizi ürpətdi. Chrisin əslində çox kiçik yaşlardan bəri azadlığa addım-addım yaxınlaşmağa çalışdığı həyatından bəzi xüsusi anlar…


Carine və Chris, ana və atalarıyla birlikdə verdikləri bu pozada hələ çox kiçikdirlər (1970-ci illər)



Bu da bacı-qardaş evlərinin bağçasında oynayarkən…



Pasxa üçün bu cür qəşəng geyinmişdir.



Ailənin bütün üzvlərinin olduğu bir kadr… Chrisin qardaşları və ailənin sevimli iti Buckley



Atlantik okeanı sahilində yerləşən REHOBETH çimərliyində, bütün ailə (1977)



Chrisin səyahət çantası ilə ilk təcrübəsi (1976). Atası və onun bir dostuyla birlikdə bir dağın zirvəsindədirlər.



Chris, atası Walt və anası Billie. Bu fotoşəkil, Chrisin Məzuniyyətindəndir. (1986)



Chris; atası, anası və bacısı (Carine) ilə bir axşam yeməyində Emory Universitetindən məzun olmasını qeyd edir. (1990) Bu fotoşəkil, Chrisin həyatına dair əhəmiyyətli bir anı canlandırır. Çünki o, getmək qərarını bu yeməkdə vermişdi.



Chrisin bacısı Carine və onun qızı Christiana, Into the Wild filminin setindədirlər. (2006)



Bunlar Chrisin səfərdə tanış olduğu dostları Jan və Rainey’dir.



Və onu Alyaskaya aparıb ayaqqabılarını da ona verən Jim Gallien.. Filmdə də rolunu özü canlandırmışdır.



Chris ilə Tracy`ni getdikləri təpədə qarşılayan yaşlı, Leonard Knight. O da eyni şəkildə filmdəki rolunu özü canlandırmışdır.



Və Chrisin Alaska’daykən çəkdiyi bəzi fotoşəkillər…




Chrisin həyatını itirdiyi “Magic Bus”



Və ailəsinin bu sehirli avtobusa hazırlatdıqları lövhə…

“Sevgili oğulumuz və qardaşımız Chris, Tanrının möhtəşəm hədiyyəsi olan həyatı daha yaxşı anlaya bilmək üçün girdiyi macəra dolu bir arayışdaykən burada öldü. Onun son mesajı ‘Xoşbəxt bir həyatım oldu və Tanrıya şükürlər olsun. Әlvida və Tanrı sizi qorusun.’ Biz onun ruhunu dünyaya təqdim edirik.”


Christopher JOHNSON MCCANDLESS
ALEX