Aygün Kazımovanın xaricdəki fotoları qarşımıza çıxdı. Bayrağımızı tərs tutması və ya bayrağımızdan mini paltar geyinib ayağı ayağının üstünə aşırmaq nə deməkdir? Bayraq nə deməkdir, Aygün kimdir?

Bayraq — bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlər atributudur.

Kazımova Aygün Ələsgər qızı (d. 26 yanvar, 1971, Bakı) — azərbaycanlı müğənni, bəstəkar, aktrisa; Azərbaycan Respublikasının xalq artisti

 

Görəsən bu qədər özündən razılıq hardandır, ümümiyyətlə müqəddəs bayrağımızdan axmaq-axmaq paltarlar düzəltmək, onun müqəddəsliyini 0-a endirmək nə dəməkdir? Bu cür paltarları istehsal etməyə necə cürət edirlər?

Bayrağımız uğrunda oğullarımız ölüb, onu qeyrətsiz şəkilə salmaq nə deməkdir? Heç bir qram da inanmıram ki, Aygün Azərbaycandan və Azərbaycanlılardan üzr istəyəcək bu hərəkətinə görə. Üzr istəmək çox hallarda səhvi qəbul etmək deməkdir. Aygün səhvini bilən adam olsaydı şəkil çəkdirmək istəsəydi həqiqətən ürəkdən, bayrağımızın ciddiyətini anlasaydı doğru şəkildə paltar geyinərdi və bayrağımızla doğru dürüst şəkil çəkdirərdi.

Bəlkə də çox səhv danışıram amma mən bilən çox uzaqlara getməyim ,böyük qəhrəmanlarımızdan biri Ramil Səfərov elə məhz bayrağımızın təhqir olunmasına dözməyərək erməninin başını kəsmişdir…

Yanlış da ola bilərəm doğrusunu siz daha yaxşı bilərsiniz…

[dil dil = 1816]