12 yaşlı əfqanıstanlı Ayeşa Məhəmmədzai zorla Taliban döyüşçüsünə ərə verilmişdi.

Evlilik müddətində əri və ailəsi tərəfindən işgəncəyə məruz qalan qız qaçmağa cəhd edib. Lakin tezliklə tutulub. 18 yaşında məhkəməyə düşən Ayeşa taliban hakimi tərəfindən yenidən ərinin evinə qaytarılır.

“Onlar məni 5 ay həbsdə saxladılar. Məhkəməyə müraciət etdim, hakim məni ərimin yanına geri qaytardı. Onlar mənim əl və ayaqlarımı bağlayıb söylədilər ki, mənim cəzam burun və qulağımın kəsilməsi olacaq və bunu etməyə başladılar” – Ayeşa Məhəmmədzai söyləyib. Qız ağrılar içində sürünərək özünü babasının evinə çatdırıb və Amerika obyektində tibbi yardım göstərilib. Sonra ABŞ-a qaçqın kimi səfər edən qız plastik-rekonstruktiv əməliyyat keçirib. Son illərdə Ayeşa fiziki və mənəvi sarsıntı keçirib. İndi onun protez burnu var.

“Əvvəlcə mən güzgüyə baxmağa qorxurdum, gələcəkdə başıma nə gələcəyindən qorxuram. Amma indi heç nədən qorxum yoxdur” – qız əlavə edib.