Türkiyənin Bitlis şəhərinin Ahlat rayonunda yeni aldıqları mobil telefonuyla çəkiliş edən ailə, fotoşəkillərdən ikisində təyin oluna bilməyən bir “varlıq” gördü.

Fotoşəkilləri mətbuat mənsublarıyla paylaşan ailə, həmin kadrlarda qətiyyən fotomontaj olmadığını söylədi.

Hadisə, rayonun tanınmış ailələrindən birinin evində baş verib. Adını açıqlamaq istəməyən ailənin fərdləri, yeni aldıqları mobil telefonunun kamerasını sınaqdan keçirmək məqsədiylə çox sayda fotoşəkil çəkdi. İddiaya görə, fotoşəkilləri araşdıran ailə, iki kadrda təyin oluna bilməyən bir varlıq gördü.

Fotoşəkilləri görən ev sahibi qorxub və qışqırıb. Ailənin digər üzvləri, çaxnaşmala səbəb varlığı axtarıb amma uğursuz olub. Mobil telefon vasitəsiylə çəkilən fotoşəkilləri şərh edən ailə və yaxınları, kadrlarda görünən varlığın cin yada yadplanetli ola biləcəyini, amma qətiyyən fotomontaj olmadığını bildirib.