1. The Revenant ssenarisi Michael Punke’ nin ”The Revenant: A Novel Of Revenge” kitabı əsasında Mark L. Smith və Alejandro Gonzalez Inarritu tərəfindən yazılan bu film sonunda Leonardo Dicaprioya oskar mükafatını qazandıran film oldu.

Film kürkləri üçün heyvanları ovlayan bir quruluşa çalışan bələdçinin boz ayı tərəfindən ağır yaralandıqdan sonra öz qrupu tərəfindən ölümə tərk edilməsilə, yaşamaq uğurunda etdiyi mübarizəni qazanaraq onu ölümə tərk edənlərdən geri dönüb intiqam almasından bəhs edir.

İMDB xalı 8.1 müddəti 156 dəqiqə olan bu filmi izlərkən darxımayacaqsız.

2. Kung Fu Panda 3 Po’nun ölü bildiyi atasının ortaya çıxması ilə yenidən bir araya gələn ikili digər pandalarla görüşmək üçün panda cənnətinə doğru yola çıxırlar. Bu sırada qeyri-adi gücə sahib Kai kung fu ustadlarını məğlub edib və bütün Çini ələ keçirməyə başlayır. Po imkansız olanı etməlidir,panda cənnətindəkilərə kung funu öyrətməli və Kai’ə qarşı vuruşmalıdır.

İMDB xalı 7.2 müddəti 95 dəqiqə olan izləyərkən əylənəcəyniz bu film animasiya sevənləri gözləyir.

3.  Batman v Superman: Dawn of Justice uzun zamandır çəkilişləri gedən bu film böyük ümidlər vəd etmisdi, ancaq gözlənilən qədər olmadı. Buna baxmayaraq filmin izləyici kütləsi böyük olduğu üçün bu ilə damğasını vuran filmlərdən oldu.

İMDB xalı 6.8 müddəti 151 dəqiqə olan bu filmə baxıb ya baxmamaq öz seçiminizdir.

4. Captain America: Civil war Marvel’ in 2016-cı ildə ən çox gözlənilən və ən çox büdcə ayrılan bu filmində Steve Rogers’i Yenilməzlərin yenilənmiş qrupunun lideri kimi görürük. Yenilməzlər daxil olduğu bir əməliyatın pis nəticələnməsindən sonra siyasi güclər tərəfindən yönləndirilən sistemə daxil olunması üçün məcbur edilməkdədirlər.
Hadisələr Yenilməzlərin iki qrupa ayrılmasına səbəb olur. Bir qrup Yenilməzlərin azad bir şəkildə insanlığı qorumasınının tərəfdarı olduğu halda, digər tərəfdə Tony Stark’ın hökümətin idarəsini dəstəkləyən qrupudur.

IMDB xalı 8.0 müddəti 147 dəqiqə olan aksiyon dolu bu filmi izləməyə dəyər.

5. X-Men: Apocalypse sırada yenə növbəti Marvel filmi, X-men seriyaları izləyiciləri və fantastik filmləri sevənlər üçün möhtəşəm bir filmdir desek az olar.

İMDB xalı 7.2 müddəti 144 dəqiqə olan bu film fantastik janr sevənlər üçündür.


6. Warcraft Azeroth krallığı yox olan dünyalarından qaçaraq yeni dünya axtarışında olan orklarla qarşı qarşıya gəlirlər. İki dünya arsında qapı açılarkən bir ordu məhv olmaqda digər ordu güclənməkdədir.

Batman,Kapitan Amerika bir kənara bu il bu filmin təqdimatını gözləyənlər daha çox idi.

İMDB xalı 7.1 müddəti 123 dəqiqə olan bu film Üzüklərin Hökümdarı kimi bənzər fantastik filmləri sevənlər üçün baxılması gərəkən filmlərdəndir.

7. Independence Day: Resurgence yadplanetlilərin ilk hücumundan 20 il keçmişdir. Bu illər ərzində dünya birliyi yadplanetlilərin texnologiyasından istifadə edərək müdafiə sistemi yaratmışdır, ancaq bu müdafiə sistemi belə növbəti hücumda işə yaramayacaq.

İMDB xalı 5.4 müddəti 120 dəqiqə olan bu filmdə biraz ağ olmuş səhnələr olmasa film daha baxımlı olardı, ancaq yenədə izləməyə dəyər.

8. The Legend of Tarzan Tarzan gəmidəki üsyançılar tərəfindən Afrika sahillərinə atılmış ingilis lord və lady’ nin oğullarıdır hələ uşaqkən anası və atası ölür və onu meymunlar böyüdür. “Ağ adam” mənasını verən Tarzan onun meymunlar aləmindəki adıdır, əsl ingilis adı Clayton Lord Greystoke’ dir. Tarzan Jane ilə tanışır və ona aşiq olur. Jane Baltimore qaytdıqda Tarzan onu tapmaq üçün meşəni tərk edir.

İMDB xalı 6.4 müddəti 110 dəqiqə olan bu filmi izlərkən darıxmayacaqsız.

9. Suicide Squad dünyanın ən təhlükəli komandasını təşkil etmək üçün həbsxanadakı super güclü adamlar bir yerə toplanılır. Dövlətin əmri ilə silahlarla təmin edilir və bir cinayətkar qrupun məhv edilməsi üçün göndərilir, ancaq əvvəl-axır məğlub olacaqları aşkar bir tapşırığa çıxdıqlarını bildikdə nə edəcəklər?

İMDB xalı 6.7 müddəti 123 dəqiqə olan bol akisiyon dolu bu film izlənməsi gərəkən filmlərdəndir.

10. Now You See Me 2 bir il əvvəl Robin Hood stili şou göstərən və FBI utandıran sehirbazlardan ibarət dəstə geri dönüşün və qaçışın onlar üçün uşaq oyuncağı olduğunu göstərəcəklər.

İMDB xalı 6.6 müddəti 129 dəqiqə olan bu filmin bəzi səhnələrini gözünüzü qırpmadan izləyəcəksiz.