I Möcüzə “Chichen Itza piramidası”

 Eramızdan 800 il əvvələ aid bu abidə Yukatan yarımadasında yerləşir. Bu abidə Mayya mədəniyyətinin ən son və şübhəsiz ən sonuncusudur. 

II Möcüzə “Braziliyada İsa Məsihin heykəli” 

38 metr hündürlüklü bu heykəl Braziliyada Rio de Janeyro şəhərinə təpədən baxan Corcovado təpəsinin üzərində yerləşdirilmişdir. Heykəl beş il müddətində hazırlanmış və 1931-ci ildə açılış edilmişdir.

III Möcüzə “Böyük Çin Səddi” 

Bu Sədd vaxtilə Çini Moğol hücumlarından qorumaq üçün inşa edilmişdi. Bu abidə insan əli ilə tikilmiş ən böyük və kosmosdan görünən yeganə tikilidir. Səddin inşası zamanı minlərlə insan həyatını itirmişdir. 

IV Möcüzə “İnklərin müqəddəs Maçu-Pikçu qalası” 

İnk imperatoru Pachacutec 15-ci əsrdə Machu Picchu (“Köhnə dağ”) adlı dağda buludlar arasında şəhər yaramışdır. Bu şəhər And dağlarından Amazon meşələrindən Urubamba nehrinə qədər uzanır. İspanlar İnk imperatorluğunu ələ keçirdikdən 300 il müddətində şəhər itirilmiş, bir də 1911-ci ildə Hiram Bingham tərəfindən aşkar olunmuşdur. 

V Möcüzə “Petra, İordaniya” 

Yəqin ki çoxlarınız bu abidəni İndiana Jones filmindən xatırlayırsınız. Ərəb çölünün bir ucunda yerləşən bu abidə Kral IV. Aretas’ın (b.e.ə. 9, b.e. 40) imperatorluğu Nabataean’ın möhtəşəm paytaxtı idi. Bugün Petra’nın Məzar Sarayı, 42 metrlik Helen stilli Əl-Dəir Monastırının tapınak divarıyla Orta Şərq mədəniyyətinin göz qamaşdıran nümunəsidir. 

VI Möcüzə “Roma kolizeyi” 

Roma şəhərinin mərkəzində inşa edilmiş bu möhtəşəm amfiteatr, qəhraman legionerlərin və Roma imperatorluğunun şərəfinə inşa edilmişdir. Dizayn cəhətdən çox mükəmməl abidədir. İndi də müasir stadionlarlar tikilərkən buranın memarlığından istifadə olunur. 

VII Möcüzə “Tac Mahal (Aqra, Hindistan)” 

Beşinci müsəlman Moğol imperatoru Cahan şahın əmrilə vəfat etmiş xanımının şərəfinə inşa edilmişdir. Tac Mahal Hindistanın müsəlman mədəniyyətinin ən mükəmməl nümunəsi kimi qəbul edilməkdədir.