Atlantik okeanında batmış məşhur Titanik gəmisində ifa edən orkestr üzvlərindən birinə məxsus skripka tapılıb. Skripka Titanik orkestrasının rəhbəri Uolles Hartliyə məxsus olduğu bildirilir. Hartlinin skripkasının 1912-ci ildə baş verən fəlakət zamanı itdiyi güman edilirdi. Ancaq “Henry Aldridge & Son” hərrac evi 2006-cı ildə skripkanı aşkar edib və 7 il ərzində bir sıra sınaqdan keçirildikdən sonra musiqi alətinin həqiqətən də Hartliyə aid olduğu təsdiqlənib. Qeyd edək ki, Hartli 1912-ci il, aprelin 15-də Titanikin aysberqlə toqquşması zamanı həlak olan 1517 nəfərdən biri olub.