ABŞ-ın Prinston universitetinin alimləri xalça-təyyarə yaradıblar. Xalça-təyyarənin uzunluğu 10 sm-dir və aşağı ətraflara birləşdirilmiş hava paketləri sayəsində hərəkət edir. Bundan başqa uçaq xalçanın pərləri də var ki, o saniyədə 1 sm sürət yığa bilir. Alimlər bu layihə üzərində beş il çalışıblar. Onlar bildirirlər ki, yenə beş il çalışmalıdırlar ki, bu təyyarədə insanları da göyə qaldıra bilsinlər. Bunun üçün xalçanın ölçüsünü 50 metrə qədər böyütmək lazım gəlir. Alimlərin sözlərinə görə uçan xalçalar günəş enerjisi ilə işləyə biləcəklər və böyük məsafəni qət edəcəklər.