Malay arxipelaqında yerləşən eqzotik Sumatra, Kalimantane və Yava adalarında əsl təbiət möcüzəsini görmək olar. Raffleziya Arnoldi adlanan çiçək dünyanın ən böyük çiçəyidir. Onun adı isə onu ilk dəfə tapan zabit Rafflz və botanik Arnoldun adı ilə bağlıdır. Yerli əhali isə onu “bunqapatma” yəni “lotos çiçəyi” adlandırırlar. Çiçək böyük olması ilə yanaşı həm də möcüzəli şəkildə tibbi əhəmiyyətlidir. Bu çiçəyin nə yarpaqları, nə kökü var. O öz-özünə yaranır və yaşayır. Ən böyük Raffleziya çiçəyinin diametri 106.7 smdir. Bütün çiçəyin çəkisi təxminən 6 kq olur, ləçəklərinin uzunluğu isə 46 sm-ə çatır.Yerli əhali çiçəkdən müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə edirlər.