25-ci kadr– kinematoqrafiya və fizikada istifadə olunan effekt, insanın görmə qabiliyyətinin gücü.

Alimlər araşdırmışlar ki, insanın bir saniyədə 25 kadr görür. Bu baxımdan həmin effekt kinomptaqrafiyaya tətbiq olunaraq filmlərin yayımlanma sürəti 25 kadr/san. -dir.

‘‘25-ci kadr’’ virusu

Bugünkü gündə bu məqsədli cəmi vasitələr içərisində elmə məlum olan hələlik yeganə və ən güclü təsir üsuludur (hətta bir neçə min ildən bəri insanlığa məlum olan hipnoz da, effektliliyinə görə ondan geri qalır).

Təsirin mexanizmi insan beyninin unikal bir xüsusiyyəti ilə əlaqədardır. Belə ki, kinomotoqrafiyanın yarandığı ilk gündən insanın yalnız 25 kadr/san. sürəti ilə verilən kino lentlərini normal qavrayıb, digər sürətləri ekranda zolaqlar axını şəklində müşahidə etdiyi məlum olub (Bugünkü gündə bu sürətin fərqli canlılar üçün bir-birindən fərqləndiyi müəyyənləşdirilib, məs., arılar üçün bu sürət saniyədə 300, tarakanlar üçünsə – 12 kadra bərabərdir).

İyirminci əsrin ikinci yarısında psixoloqlar bu 25 kadr arasına, nə isə filmə heç bir aidiyyatı olmayan müstəqil bir kadr yerləşdirməyi qərara aldılar və nəticəsi heyrətamiz oldu: Filmə baxanlar bütün filmi yaddan çıxarsalar da, bu bir kadrı beyinlərindən heç cür silə bilmirlər, özü də, nəinki silə bilmirlər, hətta özlərindən asılı olmadan istər-istəməz onun məzmunundakı komandanı icra etmək üçün özlərini ölümə belə atırlar. Effektin mexanizmi barədə «Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli» bölümündə (burada, səh. 67) ətraflı şərh verildiyindən, burada, müxtəsər olaraq onu qeyd edək ki, iyirmi beşdə bir saniyə müddətində görünüb yox olan bu kadr, ifrat qısamüddətliliyi səbəbindən diqqəti cəlb edə bilməyib, filmin süjetinin təhlili ilə məşğul olan şüurun reaksiyasını doğura bilməsə də (çünki «diqqəti» filmin süjeti ilə məşğul olan şüurun bu aralıq informasiyanı dərk etmək üçün ona köklənməyə praktik olaraq macalı olmur), əslində ondan gələn siqnallar hiss reseptorlarına, göz analizatorlarına düşüb onları cüzi də olsa qıcıqlandırdığından, həmin bu mikroproseslər izsiz də itib getmir və periferik sinir impulsları şəklində şüur senzorunu dəf edərək birbaşa təhtəlşüur sferasına düşür (Özlüyündə bu impulslar ani şüur gərginliyinin nəticəsi olduğundan, nisbətən daha böyük amplitudaya malik olmuş olur və faktik olaraq, informasiya solitonu məzmunu kəsb edir). «25-ci kadr effekti» metodunda əsas informasiya arasına bu cür əlavə siqnallar dövri olaraq yerləşdirildiyindən, ümumilikdə bütün bunlar beyinə soliton rezonansları şəklində periferik informasiya axınını təmin etmiş olur.

Məlum olduğu kimi isə təhtəlşüur ona daxil olan istənilən informasiyanı ağına-bozuna baxmadan icra etmək üçün müvafiq orqanlara göndərir, çünki beyinin mexanizmi elə qurulub ki, təhtəlşüura adi vaxta yalnız şüurun analiz edib, ‘‘müsbət rəy’’ verdiyi informasiyalar düşə bilir. Həmin bu «25-ci kadr» isə burada bir növ nəzərdə tutulmayan ‘‘dal qapı’’ və ya ‘‘əlyeri’’dir (Adətən izahsız olan bu effektin verilən izahı bizə məxsusdur). Metod ilk dəfə ABŞ-da klublardan birində film nümayişi zamanı sınaqdan keçirilib. Burada filmin lentinə, deyildiyi qayda ilə «Koka-kola için!» əmri yerləşdirilir. Film qurtaranda isə aşkar olur ki, klubun həyətindəki köşklərdə bütün digər içkilər satılmamış qaldığı halda bir dənə də olsun koka-kola qalmayıb.

Bugünkü gündə metoddan müxtəlif videofilmlər, peyk translyasiyaları və s. xətti ilə insanların beyninə lazımi ideologiyaları, baxışları, stimulları, motivləri və s. yerləşdirmək üçün geniş istifadə edilir.

Hazırda metodun səs üçün də xüsusi modifikasiyası işlənib-hazırlanıb, yəni lazımi kodlar müvafiq auditoriyanın beyninə, onların özünün xəbəri olmadan, müxtəlif radiostansiyaları dinlədiyi məqamda da yeridilə bilir.

Sülhməramlı məqsədlər üçün bu metoddan hazırda sürətli xarici dil öyrənmə metodu kimi aktiv istifadə olunur. Qeyd edək ki, adi hipnozda olduğu kimi bu metodun da bədəl-hipnoz (posthipnoz) deyilən xüsusi mürəkkəb variantı mövcuddur ki, bu halda təlqin bir növ xüsusi kodlar vasitəsi ilə həyata keçirilir. Bunun üçün individ və ya kütləyə hər hansı bir fikir təlqin edildikdən sonra bu onun beynində xüsusi «parolla» blokirovkalandırılır. Belə ki, onun beyninə hər hansı daha bir işarə təlqin edilir ki, sonradan təlqin obyekti olan fərd və ya kütlə əsas təlqin materialını yalnız bu işarə – kodla rastlaşdıqdan sonra xatırlayır (bu material onun beynində ondan sonra aktivləşir) və özündən asılı olmayaraq icrasına başlayır. Bunun geniş yayılmış variantı vaxtdan parol vasitəsi kimi istifadə etməkdir. Belə ki, bu halda obyektə təlqin edilir ki, tapşırığı filan müddət sonra və ya ümumiyyətcə, filan vaxt icra et.

Təlqin olunan vaxt çatdıqda assosiativ olaraq təlqin materialı aktivləşir. Bunun əvəzində hər hansı bir hadisədən, şəkildən, rəqəmdən və s.-dən istifadə taktikası da geniş yayılmış metodlardandır ki, bu zaman zəruri komanda bunlarla blokirovkalandırılır. Komanda yalnız obyektin həmin bu hadisə, şəkil, rəqəm və s.-lə rastlaşmasından və ya qəsdən rastlaşdırılmasından sonra aktivləşir.