Paranoyya, həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıqdır. Söz Yunancada, “παράνοια” (paranous) ” dəlilik” mənasını verir (para = çöldə; nous = ağıl, ağılını itirmək) və termin keçmişdə ehvam, havalanma vəziyyətlərini ifadə etmək üçün istifadə edilmişdir.
Paranoyya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə iç içədir. Bununla birlikdə seyrək olaraq, paranoyak şəxsiyyət pozuqluğu kimi, psixotik olmayan, digər vəziyyətlərdə də müşahidə edilə bilər.

Paranoyya, fərdin hər hansı bir hadisə qarşısında hadisənin meydana gəlməsindən fərqli olaraq inkişaf edə biləcəyini öz içərisində canlandırma yolu ilə qarşıya qoyduğu və sərhədsiz sayda çeşitləndirə biləcəyi xəyal məhsullarının bütünüdür.

Xalq arasında, paranoyya deyimi, ümumiyyətlə bir şəxsin, ətrafındakılar haqqında həddindən artıq şübhəçiliyini təyin etmək üçün istifadə edilər. Belə bir adama edilən tövsiyələr, yaxşı niyyətli belə olsa, o adam tərəfindən pis niyyətlə edilmiş hesab edilər. Başqalarının onun haqqında təxribat edəbiləcəyi düşüncəsinə qapıla bilər, özlərinə və ya mülklərinə qarşı bir təhdid olduğu narahatlığı içinə düşər. Bu düşüncələr, o şəxsə böyük narahatlıq verər. Ətrafındakılar da, bu vəziyyətdən narahat olar.

Tarixçə
Psixiatr Emil Kraepelin, ən əhəmiyyətli və ya yeganə əlamətin təşviş inanclar olduğu ruhi xəstəlikləri təyin etmək üçün, “paranoyya” terminini, istifadə etmişdir. Terminin qatı istifadəsi zaman içində dəyişmişdir. Kraepelinin təyin etməsi, indiki vaxtda ümumiyyətlə tərk edilmişdir. Psixiatrlar tərəfindən, günümüzdəki istifadəsiylə, paranoyya; adamın özünə istiqamətli hər hansı bir təşvişi işarə etmək üçün istifadə edilər. Daha müəyyən olaraq, əziyyət qorxusuna gətirib çıxaran bir təşvişə işarə etmək üçün istifadə edilir. Bundan ötəri, psixiatrik istifadə dəyişə bilər.

Kraeplin bu kökə, təşvişli inanışları da əlavə edərək öz təcrübəsini inkişaf etdirmişdir. Kraeplinin etdiyi paranoyya təcrübəsində təşviş inanışın nə olduğunun əhəmiyyəti yoxdur, hər hansı bir təşviş inanış paranoyya olaraq sinifləndirilə bilər.

Emil Kraepelin ağıl xəstəliklərinin dəyişik formalarını təcrübə etdiyi işində, təşvişin olduğu lakin ağılı qabiliyyətlərdə hər hansı bir mənfi gedişin görülmədiyi vəziyyəti təyin etmək üçün tək paranoyya terminini istifadə etmişdir. Bu tərifdə digər şizofreniyalı tapıntılar yoxdur.

Təşvişlərin diqqətə çarpan olduğu şizofreniya formasını üçün paranoyak şizofreniya termini istifadə edilir. Bu təcrübədə, təşvişlərin xəstəyə narahatlıq verib vermədiyi diqqətə alınmaz. Yəni, xəstə, təşvişləri ilə uyğunlaşma içində olsa belə paranoyak şizofreniya ola bilər.

Ancaq, son vaxtlarda, insandakı təşvişlərin narahatlıq verici olması anlayışı təkrar əhəmiyyət qazanmışdır. Xüsusilə, iki ana xett üzerinde dayanılmağa başlanmışdır

İnsanın, təşvişləri səbəbiylə özünə zərər verəcək davranışlarda olması və ya olma təhlükəsinin olması,
Adamın, təşvişləri səbəbiylə başqalarına zərər verəcək davranışlarda olması və ya olma təhlükəsinin olması.
Paranoyak təşvişlər arasında; insanın izlənildiyi, elektronik vasitələrlə müşahidə edildiyi, yemək və ya içkilərinin zəhərləndiyi, əhəmiyyətli biri, və ya tanınmış bir şəxsiyyət tərəfindən uzaqdan sevildiyi simptomları olmaqdadır.