1 – Ruhlar
Ruhların varlığı haqqında ciddi bir sübut yoxdur hələki onları gördüyünü, onlarla söhbət etdiyini, onların şəkillərini çəkdiyini söyləyən çoxlu insanlar var. Ancaq elm hələki bu varlığı sübuta yetirməyib.

2 – DEJA VU
Fransız bir kəlimə olan deja-vu Azərbaycan dilinə çevirəndə daha öncə görülmüş mənasını verir. Açıqlamaq istədiyi məna isə budur: Xüsusi bir xatirə olaraq düşünülür, və nə vaxtsa bu hadisəni görmüş olduğunuzu hissetmə halıdır. Hərkəsin həyatında bir və ya bir neçə dəfə yaşadığı bu hiss, təəccüblü, anlaşılmaz sehirli və tük ürpədicidir. Alimlər deja-vu ilə əlaqədar
bəzi açıqlamalar verməyə çalışsalar da bu sehirli hissin səbəbini hələ də sirr olaraq qalır..

3 – Psixi güc 
Həm şərq-də həm də qərbdə bir sıra insanlar psixi güclərə inanırlar. Bu günə kimi psixi gücləri olduğunu deyən insanlar alimlər tərəfindən test ediliblər. Hər dəfə də ya heçnə edə bilməyiblər, ya da ediblərsə nəsə şübhəli qalıbdır Altıncı hissin gücünə inanan adamlar hələ tam dəqiqliyi ilə bu hissin sübutunu elmə aça bilməyiblər.

4 – Uzaqgörən
Psixoloqlar bu hissi açıqlayanda insanlar zehinsəl, fərqində olmadan ətrafımızdakı dünya haqqında məlumat topladıqlarını deyirlər. Bu şəkildə biz əslində sadəcə görünüşdə bilmədiyimiz bəzi şeyləri bilir ya da hiss edirik. Ancaq sözügedən məlumatlar zehnimizin dərinliklərində yaşadığı üçün bunun necə olduğunu heç cür anlaya bilmirik.

5 – Ölümdən sonrakı həyat
Həyatlarında bir dəfə kliniki ölüm keçirmiş insanların bəziləri qaranlıq bir tuneldə yol alıb sonda isə ağ bir işığa qovuşduqlarına dair hekayələr danışarlar. Bu fikirlər son dərəcə təsiredici olmaqla bərabər təəssüf ki hələ heç kim o birisi tərəfdən əlində bir sübut ilə ya da doğrulanacaq bir məlumatla geri dönməyi bacarmıyıb.O biri dünyaya şübhə ilə baxanlar sözügüdən mövzunun travma keçirmiş bir beynin bir sıra xəyallar gördüyünü qeyd edirlər.Bunun üçün də bu da hələ də sirr olaraq qalır.