37 yaşlı kişiyə yeni üz, diş və dil köçürülüb.ABŞ həkimləri tarixdə ilk dəfə müasir tibbdən istifadə edərək tam üz köçürməsi ediblər. Merilend universitetində keçirilən əməliyyat zamanı 37 yaşlı Riçard Norrisə yeni üz, diş və dil köçürülüb. Ötən 15 il ərzində xəstə üzü olmadığından hər gün küçəyə çıxanda, maska taxmalı olurmuş. Onun üzü silahdan ehtiyatsız davrandığı üçün dağılıb. Əməliyyatın xərclərini isə ABŞ hərbi qüvvələri öhdəsinə götürüb. Onlar ümid ediblər ki, təcrübə baş tutsa, əməliyyatları İraq və Əfqanıstanda xəsarət almış əsgərlərə də tətbiq etmək olar. 

Riçard Norrisin əməliyyatı 36 saat çəkib. Artıq Riçard həm dişlərini təmizləyir, həm də üzünü qırxır. O üzündən tam istifadə edir.