Tez-tez sosial şəbəkələrdə filan uşağa yardım lazımdır, kömək edək, kömək etmək lazımdır və s. mənasız statuslar görürük. Bu ona görə mənasızlaşır ki, belə statusları paylaşanlar heç də həmin şəxslərə 10, 50 , 100 manat yardım etmirlər. Heç 1 manat da yardım etmir çoxusu. Real olmaq lazımdır.

Bəzi bu tip insanlardan soruşduqda ki, “niyə belə tipli bir şeylər bölüşürsünüz ancaq 1 manatınızdan keçmirsiniz, ölən adamın maddi yardıma ehtiyacı olur” deyirlər ki, gücümüz buna çatır eşidirik. Deyəndə “bəs 1 manat siqəretə verəndə olur amma yardıma vermək olar da”

– e nə bilim eşidirik

Bəs niyə həmin adam öləndən sonra 1 kilometr uzunluğunda “((((” smayliki qoyursunuz deyəndə də, eşidirik ki, bəs biz bölüşdük yardım etmək istədik ancaq alınmadı 🙂 Sosial şəbəkələrdə milyonlarla şəkillər bölüşür, ancaq heç də hamısı bundan dəstək qazanmır. Şəkillər görüntüdür, pullar isə reallıq, cibimizə əlimizi atmaq istəmədiyimiz reallıq