İnanılmaz Beyin: Daniel Paul Tammet 

Daniel Paul Tammet, riyazi hesablamaları yadda saxlamaq və öyrənmək sahəsində anadangəlmə bacarığı olan ingilisdir. Doğuşdan epilepsiya xəstəliyi olan Tammet eyni zamanda siznestezi (rəngli eşitmə) sahibidir.

Nömrələri rənglər kimi qəbul edir və başında hər ədəd üçün yaratdığı bir görüntü mövcuddur. 10000-ə qədər olan ədədlər üçün bənzərsiz görüntüləri olduğunu söyləyən dahi, riyazi hesablamalarının nəticəsini mənzərələr şəklində gördüyünü və bir ədədin mürəkkəb ya da sadə olub-olmadığını “hiss etdiyini” deyir.

İngilis, Fransız, Fin, Alman, İspan, Litva, Rumın, Eston, İsland, Uels və Esperanto dillərini bilir. Xüsusilə sevdiyi dil isə çox sait olduğu üçün Eston dilidir. 

Səs və əks-səda ilə istiqamətini tapa bilən uşaq: Ben Undervood 

Mən Undervoodun gözləri xərçəng səbəbiylə 3 yaşı olanda əməliyyatla götürülüb. Amma Ben basketbol oynamağa, velosiped sürməyə davam edib, qısaca həyatını normal bir şəkildə davam etdirib.
Dünya səyahətlərinə çıxa bilmək üçün ekolokasyon (səslə yer təyin etmə texnikası) öyrənib. Rəhbər itlər olmadan, hətta əllərini istifadə etmədən belə istiqamətləri müəyyən edə bilir.
Qısa bir taqqıltı səsi çıxarır və səsin əks-sədasını dinləyərək obyektlərin harada olduğunu seçə bilir. Ben Undervood dünyada eynən bir delfin və ya bir sualtı dinləmə cihazı kimi əks-səda ilə istiqamətini tapa bilən tək insandır. 

Ona soyuq təsir etmir! 


Dünyanın dörd bir tərəfində insanlar öldürücü soyuqlara meydan oxuyur. Bu mövzuda ən çox tanınan ad isə İngiltərənin uzaq məsafə üzgüçüsü Levis Gordon Pughdur. “Buz adam” ləqəbli Pugh, mənfi 1.8 dərəcədəki suda təxminən 19 dəqiqə qala bilib. 

Hər şeyi yeyən adam: Michel Lotito 

15 İyun 1950-ci ildə doğulan Michel Lotito hər şeyi yeməsiylə tanınan məşhur bir fransızdır. “Monsieur Mangetout” (Hər şeyi yeyən adam) olaraq tanınan Lotitonun nümayişlərində metal, şüşə, rezin və s. vəsaitlərdən hazırlanan velosiped, televizor, təyyarə kimi obyektlər yer alır. “Cessna 150” təyyarəsini yemək ona iki ilə başa gəlib. 

Unutmayan qadın: Jill Price 

Nevrobioloji mütəxəssisi Jim McGaugh altı il əvvəl maraqlı bir hadisəylə qarşılaşıb. 40 yaşında evli bir qadın “yaşadığım heç nəyi unutmuram” iddiasıyla mütəxəssisə müraciət edib. Aparılan araşdırmaların nəticəsində qadının həqiqətən heç bir şeyi unutmadığı ortaya çıxıb. Onun son 25 ili üzərində araşdırma aparan həkimlər qadının ən incə detalları belə xatırladığını ortaya çıxarıblar. Jill Price 25 il əvvəl bu gün havanın necə olduğunu belə xatırlayır. 

Buz adam: Vim Hof  

Hollandiyalı Vim Hof buzun altında üzüb, buzla dolu qutuda oturub, Avropanın ən yüksək dağı Monblana qısa şalvarlarla dırmaşıb, dünya rekordları qırıb və həmişə yeni rekordlar qırmağa hazırdır. 

Elastik uşaq: Daniel Brovning Smith 

Elastik uşaq yaşayan ən elastik insan və ən məşhur akrobat, eyni zamanda beş Guinness rekordu sahibidir. Basketbol, beysbol matçlarında iştirak edib. 

Göz yaşları ilə yazı yazan adam: Ru Anting 

56 yaşı olan çinli Ru Anting çox xüsusi bir qabiliyyətə sahibdir. Gözlərindən fışqırtdığı yaşlarla yazı yaza bilir. Burnuna bir miqdar su çəkdikdən sonra suyu göz yaşı kanalından fışqırdan adam müəyyən bir səth üzərində istədiyini yaza bilir. Ru bu qeyri-adi qabiliyyətini uşaqkən çayda üzdüyü anda kəşf edib.

“Bəzən üzərkən burnuma su gedirdi və bir gün təsadüfən burnuma gedən suyu gözlərimlə fışqırda bildiyimi kəşf etdim. Dostlarım məni görəndə çox təəccübləndi” deyir. 


Qulağıyla reaktiv təyyarə çəkən adam: Manjit Singh 

57 yaşı olan ”Dəmir Adam” ləqəbli Manjit Singh təxminən 30 dünya rekordunun sahibidir. Bu rekordlar arasında iki mərtəbəli bir avtobusu saçıyla çəkmək, qulaqlarıyla 85 kq qaldırmaq və təbii ki, yenə qulaqlarıyla bir reaktiv təyyarəni çəkmək yer alır.
2007-ci ilin aprel ayında İngiltərədəki East Midlands Aerodromda təxminən 7.4 ton ağırlığındakı təyyarəni qulaqlarıyla çəkərək 3.5 m irəlilətməyi bacarıb.