1- E-poçt,twitter və SMSlərdən uzaq durun. Sonradan peşman olacağınız şeylər yazmayın.

2- Hirsinizi azaltmaq üçün dərin nəfəs alın, lazım olsa 5 dəqiqə çölə çıxıb təmiz hava alın.

3- Hirsinizi artıran və sizi sakitləşdirən şeylərin nələrin olduğunu bilin. Bu vəziyyətdə sakitləşdirən şeyləri edin.

4- Səs tonunuza diqqət yetirin.Hirsliykən belə bunu səsinizdə əks etdirməyin.

5- Mübahisədə qazanmağı məqsəd qoymayın,haqlı olsanız belə bunu sakit halda sübut etməyə çalışın və ya üzr istəməyi bacarın.

6- Hirsləndiyinizdə mühitdən uzaqlaşın,hirsinizin azalması üçün oranı tərk edin.

7- Duyğularınızı yazın.Beş dəqiqə keçdikdən sonra oxuyun.Haqlı və haqsız istiqamətlərinizi daha yaxşı görəcəksiniz.

8- Mübahisə etdiyiniz mövzunu unutmayın,başqa mövzulara keçməyin. 

9- Güzəştə getməyi bacarın.Hirs səbəbiylə mübahisə edirsinizsə,sonrasında qarşınızdakı insanla otraq məxrəcə gəlmə yolları axtarın.

10- Çox vaxt haqsız yerə hirslənirsinizsə kömək almaqdan çəkinməyin.