Bir köşə yazarı, yazısını Hobbes belə demişdi ¹, deyə bitirir:

“Zehnin bütün sevinci, bütün canlılıq, insanın onunla özünü müqayisə etdikdə yüksək görə biləcəyi bir kimsənin varlığına dayanır.”

İnanılması çətindi, amma ilk öncə mən bu cümləni, insanın özündən üstün görəcəyi, hörmət ilə baxacağı biri olmazsa həyatının mənası qalmaz, şəklində anladım. Belə bir məna mənə maraqlı gəldi və sanki yeni bir baxış kəşf etmiş kimi oldum.

Düşündüm, bəli bu mənim üçün həqiqətən doğru idi. Hörmət edəcəyim, ondan nəsə öyrənəcəyim, ona bir növ qaynaq, bir ‘yol göstərən’ olaraq baxacağım insanların olması mənə həmişə etimad vermişdir. Onların var olduğunu bilmək məni həyəcanlandırmış və mənə ümid qaynağı olmuşdur.

Mən yaşlandıqca bu cür insanların mənimlə birlikdə yaşlanıb bu həyata tək-tək vida etdiklərini görəcəm; hissli bir duyğuyla onların xatirələrinə, kitablarına yönələcəm.

Amma bu görüş, sadaladığım bu baxış özünü, həyatı, həqiqəti araşdırmaq istəyən bir həyat tərzi üçün lazımdı. Özünə, eqosunun güclü olmasına hər şeydən çox əhəmiyyət verən bır insan üçün isə mənasız bir ‘söz yığınıdır.’

Və Hobbes, insan insanın qurdudur, (homo homini lupus) anlayışı ilə mənim yuxarıda ifadə etməyə çalışdığım öz həqiqətini kəşf etməyə çalışan bir insanın baxış bucağını izah etmir. “Qorxu mədəniyyətinin” meydana gətirdiyi ‘mən şüuru’ nu izah edir.

Bir insanın ‘zehninin şən olması’ üçün özünü, heç olmazsa bir adamdan daha yüksək görməsi şərtdir mi? Özünü digərindən yüksək görmək, xoşbəxt ola bilmənin zəruriliyidirmi?

Hobbes’a görə bəli.

Hobbes, insanlıq düşüncə tarixinə təsir edən əhəmiyyətli bir filosofdur. Və “qorxu mədəniyyəti” çərçivəsi içində qaldığımız müddətcə etibarlı olan bir qanundan söz açır. “Qorxu mədəniyyəti” içində qaldığımız müddətcə ən əhəmiyyətli dəyər digərindən daha güclü olmaq, ondan daha ‘yüksək’  olmaq olacaq.

Tarix dərslərində indiyə qədər gördüyümüz; ‘böyük’ insanlar, həmişə ‘güclü’ olan insanlar. əksəriyyəti gücünü dağıdaraq, yandıraraq, öldürərək göstərmişdir. Tarix güclü insanların güc mübarizələrini izah etmək üçün qoyulub məktəblərə. Və nə qədər güclü isə o qədər hörmətə layiq olduğu eyham edilir; tarix dərslərində uşaqlara ‘hörmətə layiq insan’ tərifi belə verilir. Deyilmədən icra edilir bu tərif; vəziyyətdən tərifi, deyilmək istəniləni başa düşmək olur.

Amma ‘biz şüuru’ anlayışına gəldikdə isə gücün tərifi dəyişir. “Biz şüuru” içində real güc digərindən daha yüksək olmaqda deyil, əlaqə qurmaqda, qrup olaraq problem həll etməkdə özünü göstərir. Bu baxış tərzi ancaq hörmət və sevgi mədəniyyəti çərçivəsində həyata baxdığınızda mənalı olan bir baxış tərzidir.

Bir xahiş: Bu həftə, yalnız bir gün, heç kimi mühakimə etmədən bir gün yaşamağa diqqət göstərə bilərsinizmi? Sözünüzlə, yazınızla, üzünüzlə, baxışınızla, hərəkətlərinizlə və səs tonunuzla heç kimi mühakimə etmədən tək bir gün! Təşəkkür edirəm.

¹Mehmet Güreli, Taraf, 30 Mayıs 2013, s. 17