Minlərlə insan müxtəlif sahələrdə rekord göstərici əldə edib. Ancaq elələri də var ki, bu rekorda bacarıq və istedadları ilə deyil, özəl fizioloji xüsusiyyətləri ilə nail olublar.

1.Dünyanın ən uzun saçlı qadını


Çinli Xie Qiuping təxminən 6 metrlik saçlarıyla dünyanın ən uzun saçlı qadını rekordunu qırıb. Saçlarına çox yaxşı qulluq edib, ancaq saşlarına bir bit düşsə, vəziyyəti ağır olar, buna görə də diqqətli olmalıdır.
 
 
2.Dünyanın ən uzun saqqallı qadını


Vivian Wheeler adlı qadın Rekordlar Kitabına düşmək üçün…saqqal saxlamaq qərarına gəlib. 28 sm uzunluğunda saqqalı ilə diqqət çəkən qadın 1993-cü ildən etibarən onu kəsmir. Bu vəziyyətə gəlməsi üçün isə yəqin ki, cavan yaşlarından üzünü təraş edib.
 
3.Dünyanın ən uzun ayaqlı qadını


Svetlana Pankratovanın ayaqlarının uzunluğu 1,3 metrdir. O, bu xüsusiyyətinə görə, Rekordlar Kitabına düşüb. O, 46 ölçülü ayaqqabı geyinir.
 
 
4.Ginnesdə bir türk 


Artvində yaşayan Mehmet Özyürek Rekordlar Kitabına düşən türklərdən biridir. O, dünyanın ən uzun burunlu adamıdır. Onunburnuun uzunluğu təxminən 9 sm-dir.
 
5.Ağzıyla bədənini qaldıran qadın


Monqolustandan Oyungerel Luvsandorj da elastik xüsusiyyətləri və tarazlıq qabiliyyətiylə Rekordlar Kitabına düşüb. O, öz bədənini 50 saniyə boyunca ağzıyla daşımağı bacarıb. Onun hansı diş məcunundan istifadə etdiyi hələ də maraq mövzusudur.
 
6.Ən uzun dilli qadın


Annika İrmler adlı qadının dili düz 7 sm-dir. Bu xüsusiyyəti ilə dünyanın ən uzundilli qadını kimi Rekordlar Kitabında yer alıb.
 
 
7.Ən çox barmağa sahib uşaq


Hindistanlı Devendra Harnenin əl və ayaqlarında cəmi 25 barmaq var.
 
8.Daha bir türk


Dünyanın ən uca boylu adamı illərdir dəyişmir. Mardinli Sultan Kösenin 2.47 m boyu var.
 
9.Dünyanın ən qısa adamı


Nino Hernandez isə Sultandan fərqli olaraq dünyanın ən qısaboylu adamıdır. Onun boyu 70 sm-dir.
 
10.Əqrəb yeyən adam


Dean Sheldon adlı bu adam ağzında 18 sm-lik əqrəbi təxminən 20 saniyə saxlaya bilib.
 
11.Dünyanın ən uzun dırnaqlı qadını 


Li Redmond 1979-cu ildən bu yana dırnaqlarını heç kəsməyib. Təxminən 9 metr uzunluğunda dırnağı olan qadın 2009-cu ildə avtoqəzaya düşüb. O zaman onun dırnaqlarıı qırılıb və 20 il çəkdiyi əmək boşa gedib. 20 il zarafat deyil.
 
12.Dünyanın ən incəbel qadını


Cathie Jung adlı qadın incə bel məsələsini bir az çox şişirib. O, bu ölçünü əldə etmək üçün illər boyu ən dar korselər geyinib.
 
13.Dünyanın ən elastik adamı


Gary Stretch adlı bu adamın xüsusiyyəti bədəninin rezin kimi olmasıdır. O, bədəninə çox qəribə, hətta qorxunc sayıla biləcək formalar verə bilir.
 
14.Dünyanın ən yekə ağızlı adamı


Afrikalı Francisko Domingo Joaquim də dünyanın ən böyük ağızlı adamı kimi Guinnesin Rekordlar Kitabına düşüb. 
 
15. Üzündə baxılası yer qalmayan qadın


Elaine Davidson da Rekordlar Kitabına düşmək üçün qəribə bir metoda baş vurub. Onun bədənində düz 1903 pirsinq var. O, hətta dilini də barmaq keçəcək şəkildə deşdirib.
 
16.Ən uzun qulaq tükü


İnsan gərək rekord qırmaq üçün inad etməsin. Yoxsa hər cür metoda baş vurar. Nə qədər iyrənc olsa belə. 
Radhakant Bajipani deyilən bu şəxs də qulaq tüklərini 25 cm uzadaraq Rekordlar Kitabına düşüb.