Hollivud ulduzları Ancelina Coli və Bred Pitt evləndilər.Uzun illərdir birlikdə olan cütlüyün toyu dekabrın 25-də Karib adalarında olub. Mətbuatda yer alan məlumata görə, Ancelina Coli və Bred Pitt yeni ili uşaqları ilə birlikdə keçirmək üçün 12 dayə tutub və Karib adalarından birinə yollanıblar. Məclisə Pitin valideynləri, qardaşı, bacısı ailələri ilə birlikdə iştirak etdiyi bildirilir.
Lakin hələlik, məşhur cütlüyün rəsmi nümayəndələri bu məlumatı hələ təsdiqləməyiblər.