Kleopatra əslən misirli yox, yunan (makedoniyalı) olub. Belə ki, o Makedoniyalı İsgəndərin ordusunda general olan və o öldükdən sonra Misiri Firon olaraq idarə edən Ptolemeyin nəslindən gəlir. Kleopatra birinci dəfə qardaşı Ptolemey XIII, o öldükdən sonra isə ikinci qardaşı Ptolemey XIV ilə evlənib. Kleopatra Misirin son Fironu olub.