Alimlər xərçəng xəstəliyinin 5 mühüm əlamətini müəyyən ediblər. Bu 5 əlamət həkim-onkoloqa baş çəkmək üçün siqnal sayıla bilər. Siqnallar aşağıdakılardır:

1. Çəkinin qəfil və sıçrayışlı dəyişmələri. Bu, maddələr mübadiləsinin pozulmasının nəticəsi ola bilər – bu yolla orqanizm şişin böyüməsinin qarşısını almağa çalışır.

2. Anemiya (qanazlığı) və aradan qalxmayan halsızlıq, tez-tez qusma – ola bilsin, bu, şiş hüceyrələrinin qana buraxdığı və orqanizmi zəhərləyən toksinlərlə bağlıdır. 

3. Dəri örtüyünün vəziyyətinin pisləşməsi – dəri kəskin tutqunlaşa, qabıq verə və üzərində ləkələr yarana bilər.

4. Bədən temperaturunun mütəmadi, lakin azca qalxması – bu yola orqanizm immun sistemi üzərinə düşən güclü əlavə yüklə mübarizə aparmağa səy edir

5. Bədənin hansısa hissəsində mütəmadi və müntəzəm iynəbatırmalar və ya diskomfort-ağrılı hissiyyatlar. 

Mütəxəssislərə görə, bütün bu əlamətlər xərçəngə meylliliyi və ya bədxassəli şişin mövcudluğunu sübut edir.