Təkamül müddəti hələ də davam edən insanlıq, ilk ortaya çıxdığından bu yana bir çox xüsusiyyət qazandı və itirdi. Bir də hal-hazırda “gərəksiz” olanlar var…

Adi bir müşahidəçi uça bilməyən quşlarda qanadın, kor balıqlarda gözlərin və öz özünə törəyə bilən bitkilərdə cinsi orqanın nə işə yaradığına hər hansı bir məna verməyə bilər. Bu anda varlıqları və funksiyaları mənasız kimi görünsə də hal-hazırda funksiyası olmayan bir çox orqan, verdikləri ipuclarıyla canlıların təkamülünü anlamaqda insanlığın yolunu işıqlandırır.

Funksiyasını itirmiş amma hələ də canlıların bədənlərində olan orqanlar ilk olaraq Charles Darvinin marağına səbəb olmuşdu. Darvin, “Növlərin Mənbəyi” kitabında “gərəksiz orqanları” təkamülün qəti bir dəlili olaraq göstərmiş və filogenetik ağacı (növlərin qohumluqlarını göstərən mənbə ağacı) formalaşdıraraq bu orqanlardan olduqca faydanlanmışdı.

İnsanoğlu da təbiətdəki bir çox canlı növü kimi hələ də təkamülünü tamamlamadı və müddət davam edir. Yaxşı, insanoğlu özünü anlamağa çalışarkən keçmişimizə işıq tutacaq “təkamül artıqları” nələrdir?

1. Appendix – Apensit

Apensitin müasir insanlarda bilinən heç bir istifadəsi yoxdur və infeksiya qəbul etdikdə tez-tez götürülür. Original istifadəsi ilə əlaqədar fərziyyələr mövcud olmaqla birlikdə, alimlərin çoxu Darvinin nəzərdə tutduğu şəkildə, bir zamanlar bol miqdarda yarpaq ehtiva edən qidalarımızdakı selülozanın işlənməsinə köməkçi olduğu fikirindədir. Təkamülün istiqamətində, qidalarımız dəyişmiş və apensitə daha az ehtiyac duyulmuşdur. Xüsusilə maraqlı olan, bir çox təkamül qaydaçısının təbii seçilimin, daha az iltihablanması və xəstələnməsi səbəbiylə daha böyük apensitləri seçəcəyinə (apensitin bütün qabiliyyətlərini ortadan qaldırdığı halda) inanmasıdır. Bənzər şəkildə istifadə olunmayan və nəhayət itəcək olan ayaq kiçik barmağının əksinə, apensit ehtimalla bizimlə uzun müddət birlikdə qalacaq və hər hansı bir şey etmədən yellənməyə davam edəcək.

2. Coccyx – Quyruq Çıxıntısı Sümüyü

Quyruq çıxıntısı sümüyü bir zamanlar mövcud olan insan quyruğunun qalığıdır. Zamanla bir quyruğa olan ehtiyacımızı itirdik lakin quyruq çıxıntısı sümüyünə olan ehtiyacı itirmədik. Hal-hazırda müxtəlif əzələlər üçün dəstək quruluşu və oturub arxaya doğru söykənən bir adam üçün dəstək funksiyası daşıyır. Quyruq çıxıntısı sümüyü eyni zamanda anüsün mövqeyini də dəstəkləyirr. Bu əzələlər insan xaricində bütün primatlarda mövcuddur, və quyruğu olan primatlarda funksional vəziyyətdədir.

3. Darwin’s Point (Plica semilunaris) – Darvinin Nöqtəsi

Darvinin nöqtəsi məməlilərin çoxundadır və insanlar da bunun xaricində deyil. Heyvanlarda böyük ehtimalla səslərə mərkəzlənmək üçün istifadə edilməkdədir ancaq insanlarda artıq hər hansı bir funksiyası yoxdur. İnsanların yalnız 10.4%-də keçmişimizə aid bu qalıq görünür lakin ehtimalla insanların daha çoxu bu qulaq yumrusunu çıxaran, ancaq diqqətə çarpan olmasını hər vaxt təmin etməyən geni daşımaqdadır. Bu nöqtə (yuxarıdakı şəkildə görülən) kiçik qalın bir yumrudur və qulağın yuxarı və orta hissələrinin birləşdiyi yerdə vardır.

4. Third Eyelid – Üçüncü Gözqapağı

Əgər bir pişiyin göz qırpmasını izləsəniz, ağ bir pərdənin gözü örtdüyünü görəcəksiniz, buna üçüncü göz qapağı deyilir. Məməlilərdə olduqca nadir görülməklə birlikdə, quşlar, sürünənlər və balıqlarda ortaqdır. İnsanlarda istifadə olunmayan bir üçüncü gözqapağı qalığı mövcuddur (yuxarıdakı şəkildə görə bilərsiniz). İnsanlarda olduqca kiçilmişdir ancaq bəzi birliklərdə digərlərinə nisbətlə daha diqqətə çarpan parçalar mövcuddur. Bilinən primat növləri içində üçüncü gözqapağını funksiyonal olaraq istifadə edən tək primat, Qərbi Afrikada yaşayan Calabar angwantibo-dır.(lorislər ilə yaxın qohumdur)

5. Wisdom Teeth – 20 Yaş Dişləri

İlk insanlar bir çox bitki növüylə bəslənirdi və gün boyunca ehtiyac duyduqları bütün qidaları almaq üçün lazımi miqdarda bitkini, kifayət qədər sürətli şəkildə yeməyə ehtiyac duyurdular. Bu səbəblə, daha geniş bir ağızı daha məhsuldar etmək üçün əlavə bir sıra azı dişimiz mövcud idi. Selülozanın bədən tərəfindən yetərli şəkildə həzm edilməsi qabiliyyətindən məhrum olunduğu üçün bu xüsusilə lazımlı idi. Təkamül seçimlərini etdikcə qidalarımız dəyişdi, çənəmiz uyğun bir şəkildə kiçildi və üçüncü azı dişlərimiz gərəksiz hala gəldi. Bunların yanında, alovun kəşfiylə birlikdə ətin bişirilməyə başlanmasıyla, sərt yeməklərin yerini daha yumşaq yeməklər aldı və zaman içində çənə formamız da narınlaşdı. Bu gün çənə quruluşumuzdakı təkamül davam edir və arxa azı dişlərimiz belə çox olmağa başladı. Hal-hazırda bəzi insan birliklərində 20 yaş dişlərinin istehsalı tamamilə dayanmışkən, bəzi birliklərdə 0 nisbətində bu dişlər çıxmaqdadır.

6. Plantaris Muscle – Plantaris Əzələsi

Plantaris əzələsi heyvanlar tərəfindən, obyektləri ayaqları ilə tutmaq və nəzarət etmək üçün istifadə edilir (meymunlar ayaqlarını əlləri qədər yaxşı bir şəkildə istifadə edə bilir). Bu əzələ insanlarda da eyni şəkildə mövcuddur ancaq o qədər az inkişaf etmişdir ki, bədənin digər hissələrindən hər hansı birinin yenidən meydana gətirilməsində toxumaya ehtiyac olduğunda, həkimlər tərəfindən yerindən alınaraq istifadə edilirlər. Bu əzələ insan bədəni üçün elə əhəmiyyətsizdir ki, insanların 9%-i bu əzələyə sahib olmadan doğulurlar.

7. Extra Ear Muscles (Auriculares muscles) – Əlavə Qulaq Əzələləri

Xarici qulaq əzələləri olaraq da bilinən əlavə qulaq əzələləri (Auriculares muscles) heyvanlar tərəfindən eşitmə duyğularını xüsusi səslərə yönləndirmək üzrə qulaqlarını çevirmək və nəzarət etmək (başlarından müstəqil olaraq) üçün istifadə edilir. İnsanlar bir zamanlar eyni səbəblərlə istifadə etmiş olduqlarından, bu əzələlər hələ də malikdir ancaq bu əzələlər elə zəifləmişdir ki tək edə biləcəyimiz qulaqlarımızı birazca tərpətmək olacaq. Bu əzələlərin pişiklərdəki istifadəsi çox diqqətə çarpandır (pişiklər qulaqlarını demək olar ki, tamamilə geriyə çevirə bilirlər). Xüsusilə, ovlamaq üzrə bir quşa səssizcə yaxınlaşarkən, quşu qorxutmamaq üçün mümkün olan ən kiçik hərəkətlərin edilməsini tələb edən vəziyyətlərdə pişiklər bu əzələləri istifadə edir.

8. Junk DNT (L-gulonolactone oxidase) – Hurda DNT

Keçmişimizdən gələn qalıqların bir çoxu fiziki və ya görülə bilən olmaqla birlikdə, bu vəziyyət hamısı üçün etibarlı deyil. İnsanın genetik modelində, bir zamanlar C vitaminini işləməyə yarayan fermentlərin çıxarılmasında istifadə edilən strukturlar (L-gulonolactone oxidase) mövcuddur. Digər heyvanların çoxu bu funksional DNT-ə malikdir lakin keçmişimizə aid bir dövrdə, bir mutasiya bu geni təsirsizləşdirmiş və genin qalıqlarını hurda DNT olaraq arxasında buraxmışdır. Bu diqqət çəkici hurda DNT, yer üzündəki digər növlərlə ortaq atadan gəlindiyini göstərir və buna görə xüsusilə maraqlıdır.

9. Jacobson’s Orqan (Vomeronasal orqan) – Jacobsen Orqanı

Jacobsen orqanı heyvan anatomiyasının maraqlı bir parçasıdır və cinsi keçmişimiz haqqında bizə bir çox şey izah edir. Bu orqan burundadır və pheromones adı verilən, cinsi istək, təhlükə işarəsi və ya yemək izlərinə bağlı məlumatları hədələyən kimyəviləri təsbit edən xüsusi bir iyləmə orqanıdır. Bəzi heyvanların sex üçün qarşı cinsləri izləməsini və potensial təhlükələri bilməsini təmin edən orqandır. İnsanlar Jacobsen orqanı ilə doğularlar lakin bu orqanın qabiliyyətləri inkişafımızın erkən dövrlərində, işə yaramayan bir hala gəlmişdir. Bir zamanlar insanlar, ünsiyyətin mümkün olmadığı dövrlərdə həyat yoldaşlarının yerini tapmaq üçün bu orqanı istifadə edirdilər. Hal-hazırda insanın yoldaş axtarışında, chat otaqları, barlar və subay partiyaları bu orqanın yerini almışdır.

10. Goose Bumps (Cutis Anserina) – Tüklərin Ürpərməsi

İnsanlar üşüdüklərində, qorxduqlarında, əsəbləşdiklərində və ya utandıqlarında tükləri ürpərər. Bir çox canlı növünün də eyni səbəblərlə tükləri ürpərir. Məsələn, pişik və ya itlərin tüklərinin dikəlməsi, kirpi tikanlarının ortaya çıxması bu səbəbdəndir. Üşümə vəziyyətində, qalxan tüklər havanı dəri və tüklər arasında sıxıştırır və beləliklə istilik təmin edir. Qorxma vəziyyətində, heyvanın daha iri görünməsini, düşmənin qorxub qaçmasını təmin edir. İnsanların artıq tüklərin ürpərməsinə ehtiyacı yoxdur və geyimlərimizin olmadığı, təbii düşmənlərimizi qorxutmağa ehtiyacımız olduğu keçmişimizdən miras qalmışdır. Təbii seçilim sıx qıl təbəqəmizi ortadan qaldırmış lakin bunlara nəzarət etməyimizə yarayan mexanizmi geridə buraxmışdır.