1. Dünyanın ən böyük əlinə sahib Lui Hua Çində yaşayır. Sol baş barmağı 25 sm olan Hua’nın işarə barmağı 30 sm uzunluğundadır. Makrodaktili adı verilən xəstəlik səbəbiylə əlləri bu qədər böyük olan Hua, bir sıra əməliyyat keçirmək məcburiyyətində qalmışdır.  

 2. İkisi də Hindistanlı olan Pranamya Menaria və Devendra Harne dünyada ən çox barmağa sahib kəslərdir. Biri 2005, digəri 1995-ci ildə doğulan Menaria və Harne’nin toplamda 25 barmağı var. (12 əl, 13 ayaq olmaqla)

 3. Bütün bədənlə müqayisədə barmaq ucları ən çox istilik və toxunma duyğusunun olduğu sahələrdir. Barmaq ucları istilik, nəm, vibrasiya və təzyiqə ən həssas yerimizdir.

 4. Barmaqlarda tək bir əzələ tapılar. O da barmaq oynaqlarını hərəkət etdirən əzələdir. Ovuc içi və ön qolda tapılar. 

 5. Hind toylarında sol əl uğursuz qəbul edildiyi üçün barmaq sağ əl üzük barmağına taxılır.

 6. Qərb toylarında isə evlilik üzüyü sol ələ taxılır. Çünki sol əl üzük barmağında ürəyə birbaşa əlaqəli “venna amoris” yəni “eşq damarı” var.

 7. Qadınlar daha uzun işarə barmağına malikdir. Kişilərdə isə üzük barmağı daha uzundur.

 8. İnsanların ən həssas barmağı işarə barmağıdır.

 9. Mütəxəssislərin etdiyi araşdırmalara görə müvəffəqiyyətli kişilərin üzük barmaqları uzundur.

 10. Üzük barmağı uzun olan tacirlərin digərlərindən daha çox pul qazandığı deyilməkdədir.

 11.Üzük barmağı daha uzun olan uşaqlar ədədlərlə əlaqədar elmlərdə daha müvəffəqiyyətlidir. 

 12. Hər əldə 34 əzələ, 48 ədəd sinir olur.

 13. Yalnız insanların sərçə və baş barmağı ovuc içində birləşdirilə bilər.

 14. Heç barmaq izi olmayan insanlar da vardır.