Masumi Toyotome üç müxtəlif sevgidən bəhs edir. Birincisi “əgər sevgisi”. Əgər belə olsan, əgər məni sevsən və istəklərimi yerinə yetirsən səni sevərəm, əgər insanlar məni tərifləsə işimi sevərəm və s. Bu sevgi növü müsbət deyil. İnsanın sevmək üçün gözləntiləri çox olduğu üçün xəyallarının puç olma ehtimalı da çoxalır. Bu da insanı depresiyaya aparıb çıxarır. İkincisi “çünki sevgisidir”. Səni çox sevirəm çünki çox gözəlsən, çox zənginsən, anamı sevirəm çünki o da məni sevir, dostumu sevirəm çünki mənə yaxşılıq edir və s. Bu vəziyyət də depresiyaya aparıb çıxarır, amma gözləntilər orta səviyyədə olduğu üçün öldürücü olmur. Sonuncusu isə “rəğmən (buna baxmayaraq)” sevgisidir. Dostumu əsəbi olmasına baxmayaraq sevirəm, işimi çətin olmasına baxmayaraq sevirəm, qəlbimi qırmağına baxmayaraq səni sevirəm və s.

Təəssüf ki bu dövrdəki münasibətlərdə əgər və çünki sevgisi daha çoxdur. Bu vəziyyət də bizi münasibətlərimizdə səmimi, dürüst, açıqsözlü və münasibətimizdən razı olmağımıza, bir sözlə sevgini yaşamağımıza maneə törədir. Qarşılıqsız sevməyə, mərhəmət etməyə və bağışlaya bilməyə çalışmalıyıq. Necə ki Allah bizi sevir. Hər günahımıza rəğmən bizi bağışlayır, inancımızdan asılı olmayaraq, onu inkar etməyimizə baxmayaraq bizə ruzi verir, nemətlərini əsirgəmir. Bizim bütün əskikliyimizə baxmayaraq bizi sevir.

Çalışaq biz də bir birimizi belə sevgi ilə sevək, heç olmasa bunu müəyyən müddət təcrübə (prob) eliyək, görək bəlkə də bəzi əskikləri düzəldəbildik. Niyə olmasın?!