Tonqa krallığı Okeaniyada yeganə monarxiyadır.

Sibirdə nəqliyyat magistralı 3901 körpü ilə kəsişir.

Filippin arxepelaqının tərkibinə 7107 ada daxildir. 

İranın bayrağında 22 dəfə «Allahu Əkbər» ifadəsi təkrarlanıb.

Dünyanın 7 ən böyük ölkələri (Rusiya, Kanada, ABŞ, Çin, Avstraliya, Braziliya və Argentina) planetin quru hissəsinin yarısını tutur.

Avropada beş ölkənin – Portuqaliya, Danimarka, San-Marino, Vatikan və Monakonun yalnız bir qonşuları var.

Meksika vulkanı Parikutinin püskürməsi 9 il davam edib (1943-1952). Bu vaxt ərzində vulkanın konusu 2774 metr qalxıb.

Nyu-York ştatının Uol-Strit küçəsinin Londondakı ekvivalentinin adı Lombard-Stritdir.

Toqo ölkəsində qadına kompliment etmiş kişi onunla evlənməlidir.

Nyu-Yorkun beş rayonu var: Bronks, Bruklin, Kuins, Steyten-Aylend, Manxetten.

Avropanın ən böyük səhrası Rın- qumlanır adlanır və o, Volqa və Ural çaylarının arasında (Qazaxıstan və Rusiyanın ərazisində) yerləşir.

Yaponiyanın tərkibinə 3900 ada daxildir.

Bütün çaylar arasında Qanq çayının ən böyük deltası var.

ABŞ-da Peru adlı 3 və Paris adlı 9 şəhər var.

Karib adalarının 1 faizindən az ərazisində yaşayış var.

Dünyanın ən yüksək məntəqələrindən 19-u Himalayda yerləşir.

1980-ci ilin sonlarına qədər Butanda bir dənə belə olsun telefon yox idi.

Dünyanın ən soyuq paytaxtı Ulan-Bator (Monqolustan) şəhəridir.

Baykal gölünə 336 çay axır, lakin yalnız bir çay (Anqara) çıxır.

Yapon vulkanı Fudziyamın son püskürməsi 1707-ci ildə baş verib.

Dünyanın ən böyük limanları: Rotterdam, Sinqapur, Kobe, Nyu-York, Yeni Orlean.

Nauru rəsmi paytaxtı olmayan dünyada yeganə ölkədir.

Kuba ərazisində dəmir yolları olan yeganə Karib adasıdır.

Yaponiyanın ərazisində 17 fəal vulkan var.

1979-cu ilin 18 fevralında Saxara səhrasında qar yağıb.

Amerika ştatlarının 50-dən 23-ünün okeana çıxışı var.

Başlanğıcını ekvatordan götürən və mülayim iqlim bölgəsinə axan yeganə çay Nil çayıdır. Anlaşılmayan səbəblərdən bütün digər çaylar əks istiqamətdə axırlar.

Dünyanın 7 çox saylı xalqları: çinlər, hinduslar, ABŞ-ın amerikalıları, benqaliyalılar, ruslar braziliyalılar və yaponlar.

ABŞ-da bir ştatın (Vermont ştatı) ən kiçik paytaxtı Montelyedir. Onun əhalisi iki min sakin təşkil edir.

Vermont Ştatının paytaxtı ABŞ-da MakDonalds olmayan yeganə paytaxtdır.

Malayziyada hesab edirlər ki, əgər uşağı pivədə yusanız, onu hər cür bəla və xəstəliklərdən qorumuş olacaqsınız.

Yunanıstanın milli himninin 158 versiyası var. Yunanıstanın heç bir sakini 158 versiyanın hamısını əzbərdən bilmir.

Səudiyyə Ərəbistanda bir dənə belə olsun çay yoxdur.

İndoneziya 17 508 adanın üzərində yerləşib.

Qırmızı dəniz dünyanın ən isti dənizidir.

Çinlilərdə və koreyalılarda soyad addan öncə gəlir. Məsələn, Mao Tszedunun soyadı Maodur.

Dünyanın ən geniş küçəsi Brazilia şəhərində yerləşir («Monumaental ox», genişliyi 250 metr təşkil edir).

Atakamada yerləşən Kalama şəhərində heç vaxt yağış yağmır.

Amsterdamda və Antverpendə 26, Sankt- Peterburda 101, Venesiyada isə 118 ada var.

Cənubi Amerikada okeana çıxışı olmayan cəmi iki ölkə var: Boliviya və Paraqvay.

Honq-Konq şəhəri burada olan «Rolls-Roys» avtomobillərinin sayına görə dünyada birinci yeri tutur.

Digər Afrika millətlərindən fərqli olaraq, Efiopiya heç bir zaman Avropa müstəmləkəsi olmayıb.

1948-ci ilin may ayında Yeni Zelandiyanın iki vulkanı Ruapehu və Ngauruhoe eyni zamanda püskürmüşdülər.

Fransa, İtaliya və Çilidə rəsmi olaraq yadplanetlilərin mövcudluğu qəbul edilib.

Dünyanın ən təmiz dənizi Antarktidada yerləşən Ueddela dənizi sayılır.