1. Öyrənilməsi ən çətin olan dil – bask dilidir, bu dil o qədər çətindir ki, İkinci dünya müharibəsi zamanı o şifrələrlə əvəz edilmişdi. 

2. Nivx (Amur çayının aşağı tərəfində və Saxalin adasında yaşayan xalq) dilində üçə qədər saymaq çətin məsələdir. Nivx sayları hesablanılan əşyanın xarakterindən asılı olaraq müxtəlif cür səslənir: ayaq xizəyi, qayıq və qurudulmuş balıq üçün bağ. Bu dildə əşyaların sayı 26 müxtəlif üsulla hesablanır.

3. Tabasaran dilində (Dağıstanın rəsmi dillərindən biri) ismin 48 halı mövcuddur.

4. Eskimos dilində 252 növ şəkilçi və indiki zamanın 63 forması mövcuddur.

5. Sanskrit dilinə mətni professional olaraq tərcümə etmək və ya bu dildə yazı yazmaq üçün insana 12 ildən çox vaxt tələb olunur. 

6. Şimali Amerikadakı çippeva hindu tayfasının dilində heç bir başqa dildə olmadığı qədər – felin 6000-dən çox forması var.

7. Qaraçay-Çərkəzdə geniş yayılmış abazin dili haqqında belə deyirlər: abazin dilini uşaqlıqdan bilmədən yetkin yaşda bu dili mənimsəmək demək olar ki, mümkün deyil. Bu, fonetikanın həddən artıq mürəkkəbliyi ilə bağlıdır.

8. Çin dilinin bütün lüğəti 87 000-dən heroqlifdən ibarətdir, onlardan hər biri bir hecadır. Ən çətin arxaik heroqlif 64 xətdən ibarət “se” (boşboğaz) heroqlifidir. Hazırda istifadə olunan ən mürəkkəb “nan” heroqlifi isə 36 xətdən ibarətdir və mənası “tutulmuş burun” deməkdir.