Bəs siz, unikal və təkrarolunmaz ətrə sahib olmaq üçün nə qədər pulunuzdan keçməyə hazırsınız. İstərdinizmi ki, dünyada yalnız 10 nəfərin sahib olduğu ətirlərdən sizdə də olsun? Nəyə görə bu ətirlərin qiymətləri belə bahadır, onları dəyərli edən nədir?  

Gəlin dünyanın ən bahalı ətirlərinin sirlərini birlikdə araşdıraq: bu sirr komponentlərin unikallığında, qablaşdırmanın orijinallığında və ya digər səbəblərdə ola bilər

 Indi isə ən bahalı ətirləri bir-bir gözdən keçirək.

1. DKNY Golden Delicious – 1 milyon dollar

 parfum 1 milion dolari 690fdf18c6 Топ 10: самые дорогие духи мира       donna1 Топ 10: самые дорогие духи мира

 Öz bahalığına və unikal aromatına görə möhtəşəm ətir hazırlamış amerikan dizayneri Donna Karan və parfüm brendi DKNY dərhal  özünəməxsus «Milyonerlər klubuna» daxil oldular. Ətirlərin parlaq və möhtəşəm aromatı, həmçinin flakonun eksklüziv, qeyri-adi tərtibatı 1 milyon dollar həcmində qiymətləndirilir. Flakonun aşağı hissəsi 14 karatlı ağ qızıldan düzəldilib, yuxarı hissə isə -sarı qızıldan. Flakon 3000-ə yaxın qiymətli daşlarla və naxışlarla bəzədilib. Bu daşlar dünyanın müxtəlif hissələrindən seçilib: turmalinlər Braziliyadan, oval sapfirlər Şri-Lankadan, iri çəhrayı və ağ brilyantlar isə Avstraliya (1,28, 3,07 və 4,03 karat ölçülü), CAR və yer kürəsinin  digər nöqtələrindən gətirilib. Nyu-York şəkilli naxışların salınması üçün (daha doğrusu söhbət Manxetten binalarından gedir) hərəsinin çəkisi 2,28 karat olan 183 qızılı-sarı sapfirdən və ümumi çəkisi 15,17 karat olan 2700 girdə brilyantdan istifadə olunub.  DKNY-in ənənəvi oval loqotipi yuxarı hissədə sarı və ağ brilyantlar ilə bəzədilib. Onların çəkisi 2,43 karatdır. Dayaq hissə isə büllurdan hazırlanıb və okeanı simvolizə edir. Sizcə belə bir zərgərlik məmulatı nəyin simvolu hesab oluna bilər?

Ətrin təkcə flakonu deyil, elə aromatının özü də tərifə layiqdir: müasir, uğurlu və zəngin qadınlar üçün yaradılmış bu ətir təp təzə sarı almaların təravəti, portağal rənglərinin və Mirabelle gavalısının notları ilə insanları özünə cəzb edir. Burada vanil orxideyası, ağ qızıl gül və zanbaq dəstəsinin, səndəl ağacının zərif notları, müşk və tika ağacının zərif ətirləri bir-birinə qovuşub. Belə bir şedevrin üzərində iş 1500 saatdan çox vaxt tələb edir.

2. Secret de la Reine от Guerlain – 300000 avro

guerlain1 Топ 10: самые дорогие духи мира
Secret de la Reine -ətirlərini həqiqətən də zərgərlik əsərləri adlandırmaq olar. 123,73 qram platindən, brilyant və qara oniksdən hazırlanmışdır, onu həmçinin balı arısı formasında kulona da bənzətmək olar (Ev simvolu). Quraşdırılmış mexanizm üzərinə basdıqda, arının qanadlarını açır. İndi siz öz sevimli ətrinizdən ayrılmaya və onu daima ürəyinizə yaxın gəzdirə bilərsiniz! Maraqlıdır ki, boyunbağı Morze əlifbası ilə  “Love to live, live to love” sözlərinin yazılışı formasında hazırlanıb («Sev ki, yaşayasan, yaşa ki, sevəsən»).

3.  Clive Christian’s Imperial Majesty-bir flakonun qiyməti 215000-dən 507 milyona qədər

regalo navidad clive christian Топ 10: самые дорогие духи мира

 Britaniyalı dizayner Klayv Kristianın yaratdığı ətirlər dünyanın ən bahalı ətri kimi Ginnesin rekordlar kitabına daxil olmuşdur. Çox nadir inqrediyentlərdən təşkil olunmuş və ağ brilyant ilə bəzədilmiş  № 1 Imperial Majesty ətrinin bir flakonun qiyməti 200 min dollardan 435 min dollara qədər dəyişir. Parfüm təmiz dağ büllurundan hazırlanmış, unikal flakonlara «süzülüb». Flakonların hazırlanması üçün 5 kq təmiz dağ bülluru istifadə edilib. Şüşənin boğaz hissəsi 18 karatlı qızılı həlqə ilə haşiyələnib. Qapaq isə beş karat brilyant və ağ almazlar ilə bəzədilib.

Flakonun tərkibini Clive Christian No. 1  ətri təşkil edir (bu ətir haqqında aşağıda daha ətraflı danışacağıq). Belə bir şedevrin qiyməti 435000 dollara qədər çata bilər (saytın rəsmi məlumatına əsasən), amma bu ətrin göstərilən ünvana Bentley avtomobilində çatdırılması sizin üçün xoş bir bonus ola bilər. Bu ətirr 2005-ci ildə cəmi 10 nüsxədə istehsal olunub. Londonun  Harrods univermağının sədri Məhəmməd əl-Fayed ətirlərin elə həmin univermaqda təqdimatı zamanı etiraf etmişdir ki, ətirlərin ilk sahibi kimi Bruney sultanın və Roman Abromoviçin olacağı gözlənilir.

duhi Топ 10: самые дорогие духи мира     clive%2Bchristian%2Bno.1 Топ 10: самые дорогие духи мира

 Clive Christian No. 1  – yuxarıda adını qeyd etdiyimiz “Clive Christian’s Imperial Majesty” ətrinin daha sadə versiyası olsa da möhtəşəmliyinə görə heç də ondan geri qalmır.

Bu flakon da əl işidir və 3 karat qızıl ilə bəzədilib. İldə, qadın və kişilər üçün 1000 flakon buraxılır. Bu ətrin 30 ml flakonun qiyməti 2500 dollar təşkil edir. 2002-ci ilə bu aromat kraliça Elizabetin taxtda olmasının 50 illiyi münasibəti ilə hazırlanmışdır və Ülya həzrət zat ailələrinə tac şəkilli flakon formasında təqdim olunmuşdur. Tacın dəyəri 50000 dollar civarında qiymətləndirilir.  Bunun sayəsində dizayner Klayv Kristian şəxsi gerb və devizə malik olmaq hüququ əldə etmişdir. Müğənni Elton Con bu ətri özünə orijinal bir tərtibatda –royal formasında sifariş vermişdir, beləliklə bu ətir ona 250000$ dollara başa gəlmişdir. Clive Christian No.1 ətrinin vurğunları içərisində Devid Bekhem, Eleanora Berqsten (Çirkli rəqslər filminin ssenari müəllifi) və Tom Kruza ərə gedən və öz toyunda bu belə bir qoxu saçan  Keti Xolmsu qeyd etmək olar.

Ətrin tərkibinə gəldikdə isə kifayət qədər nadir tapılan və bahalı inqrediyentlərdən ibarətdir: bu təbii şəkildə qocalmış hind səndəl ağacı (çox nadir bitki sayılır, onların sayı və ölkədən çıxarılması hind hökuməti tərəfindən nəzarətdə saxlanılır) və sayı heç də çox olmayan taitan vanili, həm də bu xüsusi emal texnologiyası tələb edir. Xammalın istehsala hazırlığı təqribən 6 ay vaxt tələb edir, parfümün özünün hazırlanması isə bir il çəkir.

4.  V1  – dəyərri 85000$ olan parfüm

d11 Топ 10: самые дорогие духи мираd2 Топ 10: самые дорогие духи мира

 Bu şedevrin müəllifi isə ingilis parfüm ustası Artur Bernxemdir, o, bu ətri Gianni Vive Sulman moda evi üçün yaratmışdır. Öz fikrini həyat keçirmək üçün ən gözəl komponentlərin ahəngini tapmaqdan ötrü parfümer düz beş ilini sərf etməli olub. Artur Bernxem istəyirdi ki, aromat insanları ovsunlasın, onları titrəməyə məcbur edərək, keçmişin dərinliyinə, parfüm sənətinin tarixi köklərinə aparıb çıxarsın. O, qədim Misir ətriyyat sənətinin incəliklərini öyrənməyə öz həyatını bir neçə ilini sərf etdi və o, qızılgül və qoyunqulağı adlanan bitkinin çox gözəl ahəngini kəşf etdi, məhz bu aromat onun V1 ətrinin əsas özülünü təşkil etdi. Nəticədə həm qadınlar, həm də kişilər üçün çox ideal uyğun gələn bir ətir yarandı. Bu ətir son dəfə 1998-ci ildə 173 flakon miqdarında istehsal edilib. Parfümün tərtibatı da olduqca unikaldır. Hazırda onun dəyəri 84000 dollar qiymətləndirilir. V1 ətrinin xoşbəxt sahibləri arasında Elizabet Teylor, Maykl Tayson və bir zaman Maykl Cekson olmuşdur.  İndi isə bu ətirləri yalnız xüsusi insanların sifarişi əsasında hazırlanır.

5. Paco Rabanne 1 Million 18 Carats LUXE edition – 56000$

mzl.jughkmzy.320x480 75 Топ 10: самые дорогие духи мираpaco rabanne 1 million gold1 Топ 10: самые дорогие духи мира

 Paco Rabanne 1 Million 18 Carats LUXE edition – kişi ətirləri içərisində ən çox tələbat olan ətirlərdən biridir. Bu sadəcə parfüm deyil, həm də kişi əzəmətinin, qüdrətinin, şöhrət və zənginliyinin, bütöv bir tarixinin mücəssəməsidir.

18 karatlı qızıl ilə örtülmüş  və üzərində 3 karatlı brilyant olan hər bir flakonun individual nömrəsi vardır və onlar xüsusi keys içərisinə yerləşdirilib. Şokolad rəngli bu keys əsl buzov dərisindən hazırlanıb, keys qızıl suyuna çəkilmiş qıfıl ilə bağlanır. Keysin daxili hissəsi xüsusi işıqlandırma sxeminə malikdir, burada aromatın üç forması saxlanılır, həmçinin işıqlandırmanı təmin etmək üçün batareyalar da vardır.

Daxili tərtibat qara rəngli şaqren dərisindən hazırlanıb, bu bir növ qara rəngli dənəvarı kürünün xatırladır. Qızıl külçə formasında flakon ideyasını isə Pako Rabonnəya gənc dizayner Neo Dyuşofura-Loerensa təklif etmişdir, Pako bu təklifi lazımınca dəyərləndirib. O demişdir ki, bu ətrini tarixini və adını təcəssüm etdirən daha sadə və daha gözəl bir tərtibat təsəvvür etmək qeyri mümkündür.

Ətrin özünün tərkibi də bundan heç də geri qalmır: qreyfrutun yuxarı notları, nanə və qırmızı mandarin ətrin dinamikliyini və enerjiliyini xarakterizə edir; bundan sonra ürək notları gəlir: qızılgül ekstraktı, darçın və ədviyyat-nəcib hisslərdən xəbər verir, və son yekun akkordlar isə dəri, ağ oduncaq, ənbər, dəri qoxusu və İndoneziya paçulisi (dodaqçiçəklilər fəsiləsindən tropik bitkidən hazırlanan ətir -əzəmətli kişi gücündən xəbər verir.

6. J’Adore L’Or: Version Prestige və  Version Haute Joaillerie Exception -  30000 avro

vg JadoreJoalleriePrestigeF39pti  Топ 10: самые дорогие духи мира  vg IMG 0176C  Топ 10: самые дорогие духи мира

vg IMG 0210C  Топ 10: самые дорогие духи мира  vg IMG 8311NB  Топ 10: самые дорогие духи мира

 Dior Evi J’Adore L’Or aromatının iki növ flakonun təqdim edir: Baccarat büllurundan hazırlanmış Version Prestige əl işidir, onun boğaz hissəsi qızıla bürünüb, əl işləri ilə bəzənib, o ipək və dəri ilə tərtib olunmuş xüsusi qutuya yerləşdirilib, onun qiyməti təqribən 5500 avrodur.

Version Haute Joaillerie Exception -Version Haute Joaillerie Exception flakon versiyası isə Baccarat büllurundan tərtib olunub və qızıl həlqələrdən ibarət boyunbağı ilə bəzənib. Cəmi 8 belə bir flakon buraxılıb, onlardan hər birinin dəyəri 30000 avrodur.

g011407 330x402.png[ 1x300] Топ 10: самые дорогие духи мира

7. Guerlain Idylle   “Tear of Love”- 45000$

Bu hissiyyatlı və həyəcanlandırıcı ətir romantik insanın düz ürəyindən vurur! Onu ciyərimizə çəkərkən sanki sevgi romanı oxuyuruq. Onda hər şeyi tapmaq olar: aşiq olmuş qəlbin iztirabı, günahsız vücudun vəcdə gəlməsi, qarşılıqlı sahib olmanın sevinc və xoşbəxtliyi… Guerlain kompaniyasının dahi parfümeri Terrri Veyzer (Thierry Wasser) zanbaq, pion (iri qırmızı ya ağ çiçəkli bəzək bitkisi) və qızılgül ətirlərinin magiyası, ağ müşkün zərif qoxusu ilə romantik və hissiyyatlı idilliya ideyasını həyata  keçirmişdir. Əgər siz aşiqsinizsə, onda bu ətir sizin üçündür.

Sonda sadəcə qeyd etmək istərdik ki,  tərcümədə “Sevgi göz yaşı” anlamına gələn “Tear of Love” flakonu büllurdan və 18 karatlı qızıldan tərtib olunub və damla şəklində parlaq lak çəkilmiş oduncaq qutuya yerləşdirilib.

8. Les Larmes Sacrées de Thebes от Baccarat  – 6800$

Baccarаt kompaniyası, ətriyyat aləmində daha çox məşhur və nəcib ətirlər üçün flakon istehsalı ilə məşhurdur. Kompaniya 1990-cı ildə özünün heyrətamiz və nisbətən çox da baha olmayan ətirlərini buraxmışdır. Ətrini adı Les Larmes Sacrées de Thebes Azərbaycan dilinə tərcümədə “Fivin müqəddəs göz yaşları” deməkdir. Bu ətrin əsasını qatran, buxur və kəhrəba birləşmələri bizi uzaq keçmişə, Qədimi Misirə, fironların hakimiyyəti dövrünə aparıb çıxarır. Flakon təmiz dağ büllurundan hazırlanıb və bahalı daş-qaşla bəzədilib. Bu flakonların 6 ədədi Londonun Harrods  univermağında saxlanılır.

 9.   Bond No.9 brendindən bərqvuran eksklüziv – $3500 dollar

 Swarovski All Stars with Sparkles Low Res 5  op 800x618 Топ 10: самые дорогие духи мира       bond2 Топ 10: самые дорогие духи мира

 Bond No.9 – Bütün göstəricilərinə görə qeyri adi brenddir. Onun nəfis stilistik və ətir tərtibatı Nyu-York şəhərindən ilham alır, şəhərin təzadlı və dinamik həyatı bu ətirlərdə təcəssüm olunur. Hər bir aromat bu şəhərin bu və ya digər rayonun unikal atmosferini əks etdirir. 2008-ci ildə kompaniya Analar günü münasibəti ilə parfüm bestsellerinə çevrilmiş məhdud sayda üç növ ətir seriyası buraxdı: Bryant Park (məşhur moda rayonunu təcəssüm edir), Bleecker Street (şoppinq həvəskarlarının özünəməxsus himni) və Nuits de Noho (Dəbli Məkkə). Hər biri minlərlə Svarovski daşı ilə bəzədilmiş 50 ml-lik üç flakondan ibarət dəst öz sahibinə təqribən 2200 dollara başa gələcək.

Bu yaxınlarda iki brendin uğurlu tandemi yeni zərgərlik şedevri yaratmışdır, onlar amfora formasında parfüm üçün xüsusi qab hazırlamışlar. Qab 16500 Svarovski kristalı ilə bəzədilib.  Bu qaba onun sahibi öz arzusuna görə brendin 125 ml həcmində 32 aromatından istənilən birini tökə bilər. qablaşdırmada ağ dəridən edilib və o da müxtəlif kristallar ilə bəzədilib. Bu qabı əldə etmək sizə təxminən 3500 dollara başa gələcək.

10.  Caron’s Poivre  – 2000$

1954-cü ildə istehsal olunmuş Caron’s Poivre  (tərcümədə “istiot” deməkdir) parfüm dünyasında səs-küylü bir hadisəyə çevrildi. Bu ətri bir dəfə qoxulasanız, onu daha heç vaxt unutmayacaqısnız. Bu təzadlı ətri bir sıra epitetlər ilə xarakterizə edirlər: sevgi və nifrət, qara və qırmızı, zəriflik və ehtiras. Kompozisiya bir neçə ədvanın ətrinin qatqısından alınıb: qara və qırmızı istiot, mixək, korindra, zirə və qara darçın. 1954-cü ildə məhdud sayda çıxmış bu ətirlər bu gün təqribən 2000 dollar civarında qiymətləndirilir.

Baxış sayı: (930)
Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı ? (Qeyd: hissiyatınız bizim önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı
  • Həyacanverici
  • Qəmgin
  • Hirsli
  • Utancverici
  • Sevindirici

Məlumatın mənbəsi qeyd edilməmişdir

 

Bəyənin və fikir bildirməklə bizə dəstək olun :)